Dəb
Moda qanunlarını alt-üst etdi - Türk əsilli fransız dizaynerdən FOTOLAR
Şərqlə qərbin möhtəşəm sintezini əsərlərində əks etdirən Burç Akyol bu baxımdan klassik dizaynerlərdən fərqlənir. Türk əsilli fransız dizayner hesab edir ki, istər qadın, istərsə də kişi seksuallığı sərhədsizdir. Və onu digərlərindən fərqləndirən əsas tərəfi də budur. Artıq bir neçə məşhuru geyindirməyə müvəffəq olan Burç Akyol həm də eyniadlı markanın yaradıcısıdır.
Publika.az bu yazıda oxucuları gənc dizaynerin həyat və uğur hekayəsi ilə tanış edir.

Burç kimi insanlar haqqında adətən deyirlər ki, onların yolu anadan olduğu gün müəyən edilib. Məsələ ondadır ki, gələcək dizaynerin atası dərzi işləyirdi, buna görə də o, tikiş bacarıqlarını hələ uşaq yaşlarında inkişaf etdirməyə başlayıb. Məktəbi bitirdikdən sonra isə o, Fransanın ən nüfuzlu universitetlərindən birində moda təhsilini davam etdirib, eyni zamanda lüks moda evlərində təcrübə qazanıb. 2019-cu ildə isə Burç Akyol öz brendini yaratmağa qərar verib.

Kreativ ideyaları və innovativ dizaynları ilə seçilən dizaynerin sözlərinə görə, onun müəllimi və əsas ilham mənbəyi həmişə atası olub. Məsələn, kolleksiyalarında yaradılmasında atası da onunla çiyin-çiyinə çalışır. Yeri gəlmişkən, Burç kolleksiyalarında gender və seksuallıq çərçivəsini yenidən nəzərdən keçirməyə üstünlük verir. Akyola görə, seksuallıq da gender və cinsəllik kimi sosial quruluşdur. Nəyin cəlbedici hesab edildiyini və müəyyən təzahürlərlə necə əlaqəli olduğumuzu özümüz müəyyənləşdiririk. O, insan bədənini bir növ bədii ifadə üçün istifadə olunan kətan kimi görür. Hətta o, bir heykəltəraş kimi, öz donlarına forma verir. Təəccüblü deyil ki, onun brendinin ən məşhur modelləri "Kariatid" adlanır. Və bu, memarlıq qurğularında dayaq-dirək funksiyasını daşıyan, yaxud bu funksiyanı obrazlı şəkildə ifadə edən ayaq üstə durmuş qadın heykəli deməkdir. Odur ki, onun əsərləri təxribatçı görünür, kolleksiyalarında yalnız şəffaf tüllə, qara elektrik lentini və ya qrafik xətləri xatırladan ipək aplikasiyalarla örtülmüş həddən artıq çılpaqlıq var. Eyni zamanda, onun üçün əsas açar qadın və ya kişi deyil, insan bədəninin istifadəsidir.


Dizayner hesab edir ki, cəmiyyət tərəfindən müəyyən edilmiş seksuallıq normaları çox vaxt mizoginist (Mizoginiya - qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilik deməkdir) xarakter daşıyır və qadınlardan əlçatmaz standartlara cavab verməyi tələb edir. Deməli, bunları kişilərə də şamil etmək lazımdır ki, bütün qəddarlıqlarını dərk etsinlər. Buna görə də, Burç tez-tez eyni təsvirləri iki nümunədə təqdim edir. Çox az fərq qoyulmaqla eyni dizayn həm kişilər, həm də qadınlar üçün hazırlanır.
Aytən Məftun
-
ABŞ21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?








.jpg)

.jpg)






.png)













.png)

.jpg)






