Dəb
Corcina bu libası ilə diqqət mərkəzində oldu - FOTOLAR
Kann Film Festivalının onuncu günü də diqqətçəkən məqamlarla yadda qalıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, həmin axşam qonaqlar nəinki ilk dəfə yeni kino şedevrləri ilə tanış olmaq imkanı qazanıblar, həm də film icmalı çərçivəsində əsas sosial tədbirlərdə iştirak ediblər.
Festivalın onuncu günü ulduz qonaqlara iki yüksək səviyyəli premyera təqdim olunub, yapon-alman istehsalı ilə çəkilən "Gözəl günlər" filmi və Fransanın "Son yay" ekran əsəri.
Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez "Sonuncu yay" filminin qalasına qatılan məşhurlar arasında olub. Bir müddət əvvəl Səudiyyə Ərəbistanına köçdüyü üçün həyat və geyim tərzini kökündən dəyişdirməli olan Corcina dərin dekolte və yarıqlı libaslardan imtina etmək məcburiyyətində qalıb. Ancaq Kannın öz qanunları var. Odur ki, futbolçunun sevgilisi kürək dekolteli ziyafət libası ilə gecə boyu göz qamaşdırıb.
Gecənin qonaqları arasında həmçinin Poppi Delevin, Bri Larson, Ketrin Lenqford, Şanina Şeyk, Endi Makdauel və başqaları olub.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















