Dəb
Xeyriyyə gecəsində ulduzların moda yarışı - FOTO
amfAR Qala Şam yeməyi həmişə Kann Film Festivalının ən yüksək səviyyəli premyeraları kimi səbirsizliklə gözlənilir. Xeyriyyəçiliyə həsr olunan gecədə tamamilə fərqli sferaların əsas ulduzları toplaşır. Həm müğənnilər, həm milyonlarla abunəçisi olan blogerlər, həm də kino ulduzları dünyanı az da olsa gözəlləşdirmək üçün bir araya gəlirlər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirin məqsədi QİÇS-lə mübarizə aparan təşkilatlara kömək etməkdir. Son 29 ildir ki, amfAR Kann Film Festivalında qeyri-rəsmi olaraq "Kino QİÇS-ə qarşı” adlı xeyriyyə gecəsi keçirir. Tədbir təkcə ulduzların təmtəraqlı çıxışlar ilə deyil, həm də innovativ QİÇS tədqiqatları üçün vəsait toplaması ilə əlamətdar olur. Fond bu illər ərzində 100 milyon dollardan çox vəsait toplamağa müvəffəq olub.
Dünən keçirilən qala gecəsi yenə qonaqlı-qaralı olub. Biz artıq festivalın müxtəlif günlərində qonaqların əksəriyyətini qırmızı xalçada görmüşük. Lakin deməliyəm ki, onların əksəriyyəti ən gözəl libaslarını məhz qala gecəsi üçün saxlayıblar.
Bu dəfə qara mavi xalçanın ən populyar rəngidir. "Devid Koma" imzalı libas geyinən Stella Maksvelldən, "Givenchy"dən geyinən Nataşa Polidən tutmuş, "Ashi Studio"dan geyinən aktrisa Yeva Lonqoriyaya və bir çox başqa ulduzlara qədər bir çoxu qara rəngə üstünlük veriblər.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















