Xəbəriniz olsun: Bu mallarla səyahət edənlər cərimələnəcək
Bizi izləyin

Dəb

Xəbəriniz olsun: Bu mallarla səyahət edənlər cərimələnəcək

Lüks markaların çantalarının saxta versiyaları ilə səyahət etmək böyük bir səhvdir. Tək ona görə yox ki, səlahiyyətli orqanlar saxta malların böyük kommersiya daşımalarına qarşı mübarizə aparırlar və ya əqli mülkiyyət hüquqları pozulur, həm də sizi hava limanında yoxlaya bilərlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hava limanı əməkdaşları sizin daşıdığınız və ya geyindiyiniz dəbdəbəli mallara diqqət yetirirlər. Odur ki, alıcı və ya səyyahlar istər onlayn, istər küçədən, istərsə də hər hansı butikdən beynəlxalq replika fabriklərinin “super saxta” versiyalarını alarkən ehtiyatlı olmalıdır.

Atlanta Hartsfield-Cekson Beynəlxalq Hava Limanından verilən son hesabatda deyilir ki, saxta mallara qarşı mübarizəni sənədləşdirirlər. Gömrük və Sərhəd Xidmətinin əməkdaşları səyahət edənlərə saxta malların təhlükələri barədə dərs veriblər. Səlahiyyətlilər xəbərdarlıq edib ki, bu mallarla səyahət etsələr, onlar müsadirə olunacaq. Başqa sözlə, gömrük işçiləri əlinizdə saxta dizayner əl çantanız olduğunu görsə, onu götürəcək. Harada, nə vaxt və necə əldə etməyiniz önəmli deyil. Saxta mallara qarşı heç bir güzəşt yoxdur.

Bildiyimizə görə, bu, Amerika torpağında belə fəaliyyətlə bağlı ilk hesabatdır. Yeri gəlmişkən, illər əvvəl Fransada saxtakarlığı qadağan edən qanun qüvvəyə minib. Bir çox dəbdəbəli çanta markalarının Fransa istehsalı olduğunu nəzərə alsaq, əlbəttə ki, bu təəccüblü deyil. “Hermes”, “Chanel”, “Louis Vuitton” və “Dior” kimi brendlərin adı artıq hər şeyi deyir. Hətta Parisin bütün hava limanlarında saxta malların alınması və ya daşınmasının cinayət olduğunu bildirən lövhələr asılmışdı. Qanunu pozanları 300.000 avro məbləğində cərimə və üç il həbs cəzası gözləyir. Bundan başqa, Fransa gömrük orqanları saxta malları müəyyən etmək üçün təlim keçiblər.

Fransa saxtakarlığa qarşı mübarizə aparan yeganə ölkə deyil. Roma hava limanında da oxşar tövsiyə lövhələri ilə qarşılaşa bilərsiniz. Şüşə qablarda “Roma Gömrük İdarəsi tərəfindən müsadirə edilmiş saxta mallar” stendi qoyulub. Məhsulların İtaliyada və ya başqa yerdə alınmasının isə fərqi yox idi.

Hekayəmizin mahiyyəti olduqca aydındır. Nəticə budur ki, replika çantalarınız varsa, onları nə vaxt və haraya uçmağınızdan asılı olmayaraq evdə qoyun. Siz heç vaxt bilə bilməzsiniz ki, hansı gömrük rəsmiləri ekspert autentikatorudur (həqiqiliyin yoxlanması üzrə mütəxəssis -red.).

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm