Dəb
88 yaşlı dizaynerin yeni kitabı nəşr olunacaq
88 yaşlı italyan dizayner Corcio Armaninin eyniadlı brendinin 40 illik yubileyi şərəfinə "Per Amore" (Sevgi üçün) avtobioqrafiyası buraxılacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu, onun 2015-ci ildə nəşr olunmuş illüstrasiyalı cildinin davamı olacaq. Kitaba dizaynerin məşhur dostları və modellərlə çəkdirdiyi şəxsi fotoları da daxildir. Yeni nəşrdə Armaninin həyat hekayələri daha genişləndirilmiş versiyada təqdim olunacaq.
"Mən həm yumşaq, həm də təxribatçı bir başlıq seçdim ki, bu da xarakterimi gözəl əks etdirir. Mən praqmatik və rasionalam, əsas odur ki, bütün davranışlarım ürəkdən gəlir. Buna görə də bir-birindən fərqli fikirlərin yer aldığı kitaba "Sevgi üçün" adı verilib", - dizayner bildirib.
Kitabda Armani özünü "yalnız danışan deyil, işləri yerinə yetirən bir insan" olaraq təyin edir.
Modelyer hazırda eyniadlı şirkətinin direktorlar şurasının sədri, baş icraçı direktoru və kreativ direktoru vəzifələrini tutur. Qlobal brendin 2022-ci ildə satışları 2,35 milyard avro təşkil edib.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















