Dəb
Keyt Middlton vəliəhdin toyunda ilhamverici obrazda - FOTO
Xəbər verdiyimiz kimi, iyunun 1-də İordaniyada 2023-cü ilin ən gözlənilən hadisəsi - gələcək kralın toyu baş tutub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İordaniyanın vəliəhd şahzadəsi Hüseyn və Rəcva Əl Səifin toyunu təbrik etməyə gələnlər arasında Kral Villem-Aleksandr, Kraliça Maksima və Şahzadə Katarina-Amaliya, Danimarka Vəliəhdi Frederik və Vəliəhd Şahzadə Meri, eləcə də kral sülalələrinin bir çox digər nümayəndələri iştirak ediblər. Əlbəttə ki, gəlinlə bəyi təbrik etməyə gələnlər arasında Uels şahzadələri də olub.
Təxminən 140 qonağın iştirak etdiyi nikah mərasiminə Keyt Middlton "Elie Saab"dan yerə qədər uzanan işləməli bir çəhrayı libas seçməklə müsəlman mərasiminə uyğun görünməyə çalışıb. O, ilhamverici obrazı ilə bütün diqqətləri öz üzərinə çəkib. Uzun saçlarını yüngül dalğalı buruqlar etdirən Keyt geyimini həcmli sırğalarla tamamlayıb.
Nikah mərasimindən sonra Keyt Şahzadə Uilyamla birlikdə axşamkı toy ziyafətinə də qatılıb. Toy mərasimi iki bütöv hissə ilə davam edib: sarayda 1700 qonaq üçün ziyafət və kral sülalələrinin üzvləri və dövlət başçıları üçün toy ziyafəti. Axşam çıxışı üçün Keyt sevimli dizaynerlərindən biri olan "Jenny Packham" imzalı çəhrayı rəngli biserli paltar seçib. O, obrazını mərhum qayınanası, Uels şahzadəsi Diananın tez-tez taxdığı “Lover's Knot” brilyant və mirvari tacı, həm də fəxri kral nişanları və ordenləri, o cümlədən GCVO Kral Viktoriya Ordeninin ulduzu və mavi kəmər tamamlayıb.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















