Sizi dəbli göstərən 5 geyim - FOTO
Bizi izləyin

Dəb

Sizi dəbli göstərən 5 geyim - FOTO

Yalnız bahalı geyimlərin və aksessuarların obrazınızı bəzəyəcəyini və onu zövqlü göstərə biləcəyinizi düşünürsünüzsə, yanılırsınız. Çünki bahalı olsa belə uyğunluq uğurlu deyilsə, onların dəyəri heç bir rol oynamayacaq. Üstəlik kütləvi bazarda təqdim olunan çeşidlər çox vaxt bu vəzifənin öhdəsindən layiqincə gəlir. Əsas odur ki, hər bir elementi düzgün birləşdirə bilərsiniz.

Publika.az bu yazıda oxucuları hər hansı bir dəsti bir anda dəyişdirən və onu zəngin göstərən 5 elementlə tanış edir. Gəlin onları birlikdə nəzərdən keçirək.

Halqa sırğalar

İstənilən görünüşü gözəl göstərmək istəyirsinizsə, halqa sırğa taxın, onlar obrazı xüsusilə möhtəşəm göstərir. Onların bahalı olması vacib deyil. Halqalar həm gümüşü, həm də qızılı tonda ola bilər. Belə bəzək əşyaları bu mövsümün tendensiyaları siyahısına başçılıq etdiyindən, layiqli variantları kütləvi bazardan çox asanlıqla tapa biləcəksiniz.

Qayışlı dikdabanlar

Qayışlı dikdabanların sehrini izah etmək çətindir, lakin onlar obrazı klassik stilettolardan daha yaxşı bəzəyə və ona şarm əlavə edə bilərlər. Qarderobunuzda hələ bir model yoxdursa, bir çox geyimlə uyğunlaşacaq modeldən başlamağı məsləhət görürük. Bu ayaqqabılar ən sadə paltarı belə dərhal daha cəlbedici göstərəcək.

İpək "saroçka"

Düyməli ağ köynək ölməz klassikadır və hər bir qarderobun "olmazsa olmazlarından" biridir. Ancaq ağ köynəyi rəngli köynəklə əvəz etsəniz, istənilən əsas görünüş daha təsirli olacaq. Üstəlik, yayda pastel çalarları deyil, əlvan modellərə nəzər salmağı şiddətlə tövsiyə edirik. Əsas odur ki, köynək əyninizdə yaxşı otursun və onun rəngi qarderobunuzdakı mövcud geyimlərə uyğun gəlsin.

Klassik kəmər

Michael Kors весна-лето 2023

Sadə bir dəri kəmərin gücünə heç vaxt laqeyd yanaşmayın. O, hətta darıxdırıcı paltarı belə dəyişdirə bilər. Belin incəliyini vurğulamaq isə həmişə əla fikirdir. Orta genişlikdə, lakonik toqqalı və lazımsız dekorasiyaları olmayan bir model seçin. Bu halda, aksesuar aşağı qiymətə olsa belə möhtəşəm və "bahalı" görünəcəkdir.

Böyük klatç

Proenza Schouler весна-лето 2023

Bəlkə də bu mövsümün ən dəbli çantaları əldə və ya qolun altında daşına bilən nəhəng klatçlardır. Ən azı qeyri-adi görünüşünə görə birini almağa dəyər. Sıradan bir cins şalvar və köynək geyinmisinizsə, obraza böyük klatç əlavə edin və o, dərhal maraqlı olacaq. Bu il onların böyük ölçülü versiyaları aktualdır və bu populyarlığı sayəsində bir çox demokratik brendlərində kolleksiyalarına yol tapıb.

P.S Yadda saxlayın obrazın dəyəri, geyindiyiniz əşyaların bahalığı ilə deyil, seçdiyiniz geyimlərin bir-birini nə dərəcədə tamamlanması və sizə yaraşıb-yaraşmadığı ilə ölçülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm