Dəb
Pekkan: "O pullar küçəyə atılır" - VİDEO
Ajda Pekkanın illərdir küsülü olduğu bacısı Semiramis Pekkan lüks markaların geyimlərindən ibarət olan qarderobunu nümayiş etdirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 74 yaşlı müğənni bu barədə şəxsi yutub kanalında danışıb. Aksessuarlarına marağından danışan Pekkan bildirib ki, çox səliqəlidir:
"Hər yerdə səliqə-səhman sevirəm. Geyim otağım mənə aid bir yerdir. Bu otağa ancaq təmizləmək lazım olanda başqası girə bilər", - məşhur qeyd edib.
"Stil nə deməkdir" sualına isə Pekkan belə cavab verib:
"Stil sahibi olmaq o deməkdir ki, insan özünə yaraşana sadiq qalır. Dəb mütəxəssislərinin və başqalarının dediklərinə deyil... Məsələn, özümə nəyinsə yaraşdığını bilirəmsə, heç kim məni fikrimdən daşındıra bilməz. O zaman özünəməxsus bir stilin olur və başqalarının dediklərinə ehtiyac qalmır.
Həddən artıq süni görünməyi sevmirəm, saçda, makiyajda və geyimdə də belədir. Xaraktercə mükəmməliyyətçi insan olsam da, zahirən elə görünməməyə üstünlük verirəm. Moda sahəsində çalışanda əlbəttə ki, onu izləyirdim, amma indi moda trendlərini təqib etmirəm. Ümumi xəttə baxıram, bu ilin ciddi mənada gətirdiyi dəyişikliyə nəzər salıram. Modadan getdikdən sonra markalarla əlaqəmi kəsdim.
Paltolara xüsusi marağım var, həmişə soyuq olmasını istəyirəm. Çanta və ayaqqabı həvəsim heç vaxt olmadı. Bir ev dəyərində bahalı çantalar alan qadınlara çox təəccüb edir və çox üzülürəm. Moda bir işdir, hər kəs öz işini görür və bundan pul qazanır. Uzun müddət bu işin içində olduğum üçün prosesə bələdəm. İnsanlar dəbi 4 və ya 6 aydan sonra dəyişdirmək məcburiyyətindədirlər ki, işləri davam etsin. Odur ki, anormal məbləğdə pullar verib bahalı çantalar almaq mənə görə yanlışdır, sanki o pulları küçəyə atılır. O insanlar məni eşitməsinlər... Heç bahalı çantam olmayıb. Biri var idi, o da hədiyyə idi. Onu da Londonda oğurladılar. Çanta mənim üçün əşyalarımı qoya biləcəyim və öz funksiyası olan bir şeydir. Mənim üçün marka deyilən bir şey yoxdur, hər yerdən geyim ala bilərəm"
O, həmçinin aksessuarlara olan marağından da söz açıb:
"İtaliyada olarkən mənə "Madam Aksessuar" deyirdilər. Aksessuarları düzgün istifadə edə bilmək, yaxşı geyinmək qədər vacibdir. Aksessuarlarımın heç biri qızıl deyil, amma vintaj bəzək əşyalarını çox sevirəm. Odur ki, onları 70 ildir toplamağa davam edirəm".
Məlumat üçün bildirək ki, Ajda Pekkan bacısı ilə 50 il əvvəl "Bu ne biçim hayat" adlı mahnısı üzündən dalaşıb. O, müsahibəsində bildirib ki, bacısının bu mahnını gözəl ifa etməsini qısqanıb.

-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu








.jpg)

.jpg)




















.png)

.jpg)






