Dəb
Türkiyəli ulduzlar yenə göz qamaşdırdı - Qırmızı xalı üzərində FOTOLAR
Dünən Türkiyədə "Elle" jurnalının təşkilatçılığı ilə "ELLE Style Awards 2023" mükafatlarının təqdimolunma mərasimi keçirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecədə Beren Saat, Kənan Doğulu, Serenay Sarıkaya, Eda Ece, Afra Saraçoğlu, Mabel Martiz, Pelin Karahan, Danla Bilic, Nəsrin Cavadzadə, Aybüke Pusat və başqaları iştirak edib. Mükafatlar təqim olunmazdan əvvəl ulduzların qırmızı xalı üzərində keçidi baş tutub.
Tədbirə xüsusi hazırlaşıb gələn müğənnilər, aktyorlar və blogerlər fotoqraflar qarşısına keçərək poza verib.
Aktrisa Serenay Sarıkaya ilə Beren Saat və Aybüke Pusat isə mərasimin ən çox diqqət toplayan ulduzları olub. Belə ki, tədbirə smokinqdə gələn Serenayın pencəyinin altından heç nə geyinməyib. Eyni zamanda pencək bədəninə elə yapışdırılıb ki, ona narahatlıq yaratmasın.
Beren isə dərin sinə dekolteli gümüşü tor libası ilə bütün gecə boyu sözün əsl mənasında göz qamaşdırıb. Saçlarını toppuz toplayan aktrisa obrazını sadə aksessuarlarla tamamlayıb.
Mərasimə bu ilin trendi olan çəhrayı kostyumda gələn Aybüke Pusat da həmkarlarından geri qalmayıb. Ulduz tül büstqalteri ilə diqqətləri öz üzərinə çəkməyi bacarıb.
"Yenidən Birlikdə" şüarı ilə 9-cu dəfə keçirilən mərasimdə 22 fərqli kateqoriyada mükafatlar təqdim edilib.
Qaliblərin tam siyahısı:
Rənglərinizi göstərin xüsusi mükafatı: Mabel Matiz
İlin Aktiv vətəndaşlığı mükafatı: Mert Fırat
"Lifetime Global Achievement" - Ömür Boyu Qlobal Nailiyyət Mükafatı: Mariya Qraziya Küri
İlin dəbli musiqiçisi: Melike Şahin
İlin dəbli iş adamı: Begüm Kıroğlu
İlin dəbli sənət adamı: Melisa Tapan
İlin dəbli aktyoru: Səlahəddin Paşalı
İlin dəbli aktrisası: Serenay Sarıkaya
İlin televiziya ulduzu: Afra Saraçoğlu
İlin Modeli: Betül Ekşi
İlin Moda İnfluenceri: Cansu Akın
İlin Modelyeri: Sansım Adalı
İlin inkişaf edən moda dizayneri: Salih Balta
İlin Moda İşbirliyi: Burcu Esmersoy x İpekyol
İlin inkişaf etməkdə olan moda fotoqrafı: Mert Terliksiz
İlin vizajisti: Elçin Mutlu
İlin saç rəssamı: Hüseyn Altun
İlin Brend Səfiri: Arzum Onan x Hakim
İlin Moda Vizyoneri: Bünyamin Aydın
İlin "Elle" jurnalının üz qabığı qızı: Eda Ece
İlin stil kəşfi: Hafsanur Sancaktutan
İlin Stil İkonu: Ece Sükan
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19 Sentyabr 19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19 Sentyabr 19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq19 Sentyabr 18:48Ürək üçün ən faydalı üç qida

































.jpg)



