Dəb
Qədim Misirdə yaranıb: Müasir dövrün ən dəbli aksesuarıdır - FOTOLAR
Trendlər dəyişkəndir, lakin bəzi şeylər əbədidir. Məsələn, saman səbətləri istənilən yay mövsümünün vacib atributudur. Əvvəllər onlar yalnız çimərlikdə və pikniklərdə istifadə olunurdusa, bu gün onlar şəhərin küçələrində də kifayət qədər təbii görünən universal yay aksesuarlarına çevriliblər. Yeri gəlmişkən, səbətlərin qədim tarixi var.
Publika.az xəbər verir ki, ilk köhnə hörmə zənbillər Qədim Misirə gedib çıxır: ən qədim nümunələr bir neçə min il əvvələ aiddir. Dünyanın müxtəlif bölgələrində saman, palma yarpaqları, bambuk və digər bitki materiallarından zənbillər toxunurdu.
Ancaq keçən əsrin ortalarına qədər heç kimin ağlına gəlməzdi ki, bu iddiasız səbətlər nə vaxtsa ən dəbli aksesuar ola bilər. Hörmə səbətlər əşyaları saxlamaq və daşımaq üçün istifadə olunurdu. Yalnız 1950-ci illərdə, bəşəriyyət İkinci Dünya Müharibəsinin dağıdıcı təsirlərindən qurtulmağa başlayanda və səyahət getdikcə daha çox populyarlaşdıqca, hörmə çantalar tətil və çimərlik ilə əlaqələndirildi. Onlar Fransa (Cote d'Azur) və İtaliya kurortlarında satılmağa başladılar. Beləliklə, burada onlar Amerika və Avropa səyahətçilərinin əlinə keçdi.
Məşhur aktrisalar yaranan tendensiyanın qeyri-rəsmi səfirlərinə çevrildilər. Onları ilk dəfə Odri Hepbern populyarlaşdırdı: Hollandiya və Belçikada böyüyən ulduz uşaqlıqda tez-tez çanta əvəzinə səbət daşıyırdı, ona görə də bu, onun üçün keçmişin təsirli bir xatirəsi idi. Hörmə çantalar istehsal edən London şirkəti "The Eaton Bag Company" üçün bu, ən yaxşı reklam idi: o zaman onların satışları sözün əsl mənasında rekord qırmışdı.
Ancaq saman torbalarının populyarlığında əsl partlayış 70-ci illərdə gəldi. Əsasən Ceyn Birkin sayəsində. Onun adına buraxılan mışhur çantalar meydana çıxmazdan əvvəl ingilis-fransız aktrisası və müğənnisi bütün aksesuarlarını toxunan saman zənbillərə dəyişirdi. O, onları sarafanlarla, cins şalvarlarla, hətta plaş və paltolarla birləşdirirdi. Onun əlində səbət olan çoxsaylı fotoları indiyədək xanımlara ilham verir. Bu gün hörmə çantalar klassik səbətlərə bənzəmir, kütləvi bazardan tutmuş "ultra lüksə" qədər bütün markalar tərəfindən istehsal olunur. Odur ki, sizin üçün büdcənizə və gözəllik ideyalarınıza uyğun olanı tapmaq çətin olmayacaq.
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE








.jpg)

.jpg)



















.png)

.jpg)






