Dəb
Kralın böyük qızı tədbirdə göz qamaşdırdı - FOTO
İspaniyanın kraliçası Letisiya, 17 yaşlı Leonor və 16 yaşlı Sofiya bu gün valideynləri ilə Girona Fondunun həyata keçirdiyi mükafatlandırma mərasimində iştirak ediblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kralın böyük qızı Leonor tədbirdə həm çıxış edib, həm də mükafatları təqdim edib. Tədbirə yaşıl sarafanda gələn Leonor təbii gözəlliyi ilə bütün diqqətləri öz üzərinə çəkə bilib.
Kraliça isə hər zamankı kimi zərifliyi ilə seçilib. O, tədbirə "H&M" markasının 119.99 avro dəyərində qara midi libasında gəlib. Qara don "H&M" Payız/Qış 2018 Conscious seriyasından olsa da, Letisiya yerli "Magrit" brendindən olan qara klatçı və gümüşü ayaqqabıları ilə çox gözəl obraz yarada bilib.
Xatırladaq ki, parlament monarxiyasının hökm sürdüyü İspaniyada taxt-tacın ilk varisi olan 17 yaşlı şahzadə Leonor avqust ayında hərbi xidmətə yollanacaq. Bir neçə ay əvvəl bu barədə mətbuata açıqlama verən müdafiə naziri Marqarita Robles vəliəhd şahzadə Leonorun quru, dəniz və hava qüvvələrində 3 illik hərbi təhsilə başlaması üçün fərman verildiyini açıqlayıb. Təlimlərə silahlı qüvvələrdə, İspaniya donanmasında və hava qüvvələrində stajlar daxil olacaq.
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
















.jpg)















.jpg)



