Dəb
Ən çox satılan brendlər və geyimlər
Lüks brendlərinin məhsullarının online satışını həyata keçirən "Lyst" tətbiqi rüblük hesabatını dərc edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu hesabatda alıcıların daha çox moda əşyalarına maraq göstərdiyi, populyarlıq zirvəsində qalan və düşən, həmçinin satışlarının gücləndiyi və zəiflədiyi markalar qeyd olunub.
"Lyst"də ən çox satılanlar "Sakit Lüks" kateqoriyasındakı əşyalar olub. Qvinet Peltrounun məhkəmədəki görüntüləri və "Varislər" serialının bitməsi sayəsində Tiktokda bu termin 172 milyondan çox qeyd olunub. "Lyst"in məlumatları göstərir ki, istifadəçilər "sakit dəbdəbə" estetikasını o qədər sevirlər ki, onlar əsasən bu üslubda əşyalar alırlar.
İlk 10 məhsula aşağıdakılar daxildir:
- Ağ top "Anagram Loewe" (Kylie Jennerin geyindiyi);
- "Asics" brendinin "Kill Bill" filmindən qəhrəman Uma Turmanın sarı idman ayaqqabısı, model "Onitsuka Tiger Mexico 66" (TikTok-a 113 milyon baxış və Y2K trendi fonunda zoomerlər arasında populyarlıq):
- "Versace" eynəkləri;
- Bu yay bütün influenserlərin əsas çimərlik aksesuarına çevrilmiş "Loewe raffia" çantası;
- "New Balance" idman ayaqqabısı;
- Heyli Biber və Cici Hadidin geydiyi cins şortiklər;
- "Alaia"dan tor balerina ayaqqabıları;
- "The Row"dan dəri başmaq;
- "Longchamp" brendindən "Le Pliage" çantası;
- "Varislər" sayəsində məşhurlaşan "Loro Piana"dan beysbol şapkası.
Qeyd edək ki, 2023-cü ilin ikinci rübündə Conatan Andersonun rəhbərliyi altında "Loewe" moda evi ilk dəfə olaraq ən populyar brendlərin reytinqində lider olub. Brendin "Lyst"də sorğuları 19% artaraq "Prada"nı ikinci edib.
"Loewe"nin xidmətləri arasında Paulanın Ibiza butiki ilə hazırladığı kolleksiyası, Beyonsun "Renessans" dünya turu üçün xüsusi hazırladığı kostyumları, Craft Prize 2023 mükafatı, Rihannanın "Super Bowl" konsertindəki obrazı var. Platformada ən çox satılan ağ köynək və arzu edilən əşyalar sıralamasında dördüncü yeri tutan həsir çantaya olan tələbat da brendin yüksəlməsinə böyük töhfə verib.
"Loewe"nin ardınca İtaliyanın "Versace" moda evi də mövqelərini möhkəmləndirib. Brend beş pillə irəliləyərək "Miu Miu"nu geridə qoyaraq reytinqdə üçüncü yeri tutub. Xüsusilə moda evinin Dua Lipa ilə birlikdə ərsəyə gətirdiyi kolleksiya satış rekordlarının ikiqat artmasına səbəb olub.
İtalyan lüks brendi "Bottega Veneta" altıncı yerdən beşinci yerə yüksəlib. Altıncı yeri "Valentino" tutub, yeddinci "Sent Laurent" göstərilib, "Monkler" isə bu mövsüm beş pillə geriləyərək üçüncü yerdən səkkizinci yerə düşüb.
Doqquzuncu yerdə əvvəlki rübdə olduğu kimi, "Gucci" moda evi qalıb. Keçmiş kreativ direktor Alessandro Mikele sayəsində marka səkkiz il ərzində ən çox axtarılan və tanınan brendlərdən biri olsa da, lidersiz bir mövsümdə marka bir anda yeddi pillə aşağı düşüb.
Onuncu yeri bir pillə irəliləyərək "Dior" tutub.
-
Magazin222:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar

































.jpg)



