Dəb
İspan brendinin uğur hekayəsi - FOTO
Moda markası “Loewe” alman plazma televizor istehsalçısı ilə eyni adı daşısa da, onunla heç bir əlaqəsi yoxdur. Moda markası “Loewe”ni həm də Louis Vuitton ilə müqayisə etmək olar, onun da tarixi yüksək səviyyəli dəri çantaların istehsalı başlayıb. Lakin “Loewe” bu gün həm də geniş moda çeşidinə malikdir.
Publika.az oxucuları sözügedən moda evinin uğur hekayəsi ilə tanış edib.
1846-cı ildə İspaniyada bir neçə dəri ustası Madridin əsas küçəsində mağaza açaraq bizneslərini gücləndirmək və genişləndirmək üçün emalatxanalarını birləşdirməyə qərar verdilər. 30 ildən sonra sənətkarların sırasına dəri ustası olan alman Enrike Löve (Enrique Loewe) də qoşuldu. Mağazanın satışları yaxşılaşmağa başladı və bunu görməmək mümkün deyildi. Beləliklə, mağazanın idarəçiliyi Löve keçdi. Çox keçmədən dəri ustası soyadını daşıyan “Loewe” mağazasını açmağa qərar verdi. O, 19-cu əsrin sonlarının standartları ilə geniş miqyaslı reklam kampaniyaları apardı və bu, ustanı şəhərin ən məşhur adamlarından birinə çevirdi.

Krallara layiq
1905-ci ildə Löve İspaniya kral sarayının təchizatçısı olur və bu günə qədər rəsmi olaraq bu adı daşıyır. Beş il sonra İspaniyanın ən bahalı və dəbdəbəli brendi statusuna yüksələn “Loewe”nin şöhrəti daha da artır. Barselonada və ölkə daxilində brendin mağazalarının açılmasına qərar verildi. 1945-ci ildə, müharibə başa çatdıqdan sonra, bir çox marka insanların ən çox ehtiyac duyduğu gözəl və sadə məhsullar istehsal etməyə çalışırdı. Moda evinin dizayner Perez de Rozas “Loewe” üçün dana dərisindən elə bir əl çantası yaratdı ki, o bu günə kimi təkcə brendin kolleksiyalarında deyil, həm də dünya modasında ölməz klassika olaraq qalır.
Brendin siyasətinə yeni baxış
1947-ci ildə “Loewe” İspaniyada Kristian Diorun “New Look” geyimlərini satmaq üçün eksklüziv hüquqlar əldə etdi. O illərdə fransız dizayner qadın dəbində trendləri təyin edən bir şəxs idi. Odur ki, 60-cı illərə qədər müəyyən qədər pul toplayan Löve öz dizaynerlərini işə götürdü və qadınlar üçün öz geyim xəttini yaratmağa qərar verdi. Markanın ilk kolleksiyası təcrübəsiz və tanınmayan dizaynerlərin işləməsi ilə əlamətdar oldu. Onlar arasında Karl Lagerfeld, CorcioArmani, Laura Biaciotti var idi. Tezliklə geyim istehsalına aksesuarlar və hədiyyə məhsulları da əlavə edildi. 1963-cü ildə brend Londonda öz butikini açaraq beynəlxalq səviyyəyə qalxdı.
70-ci illərdə Löve çeşidini genişləndirmək istiqamətində daha bir addım atır və çox uğurlu olan "L" adlı ilk qadın ətirini təqdim edir. Beləliklə, markanın bütöv bir ətir xətti buraxıldı ki, bu gün buraya onlarla tanınan ətirlər daxildir. 1985-ci ildə buraxılan qadın ətri “Air” bu günə qədər İspaniyada ən məşhur qadın ətri olaraq qalır.
1976-cı ildə “Loewe” Yaponiyada bir butikdə asiyalıların istifadəsinə verildi.
“Loewe” haqqında başqa nə demək olar?

“Loewe” yaradıcısının nəvəsi gənc şairləri dəstəkləyən xeyriyyə fondu olan “Loewe” Fondunun təsisçisidir. 2000-ci ildə brendin həm də eynəklər seriyası istifadəyə verilib. Onu da qeyd etmək lazımdır ki, “Loewe” gələcək sahibinin bütün istəklərini nəzərə alacaq eksklüziv bir məhsul sifariş etmək imkanı verən bir neçə markadan biridir. Sifariş vermək üçün rəsmi “Loewe.com” saytında “Made to order” (Sifarişlə hazırlanır) səhifəsinə daxil olmaq və seçiminizi etmək kifayətdir.
70-ci illərdə “Loewe” lakonik dizaynı ilə seçilən, eyni zamanda 60 yüksək keyfiyyətli dəridən ibarət olan “Amazona” çantasını təqdim etdi. Bu çanta modelini tikmək üçün ən yüksək keyfiyyətli dərilərin cəmi 5% istifadə olunmuşdu. Müəyyən fasilədən sonra “Loewe” 2009-cu ildə unikal əl çantasının istehsalına yenidən başladı.
1996-cı ildə “Loewe” yaradılmasının 80 illik yubileyini qeyd etdi. Amma bu il həm də markanın bir çox lüks brendlərə sahib olan “LVMH” konserni tərəfindən alınması ilə yadda qaldı. Mülkiyyət dəyişikliyi ilə eyni vaxtda Narçisso Rodriguez yeni yaradıcı direktor vəzifəsinə gətirildi.
Bu gün “Loewe” hələ də öz sənətkarlığı və ən yüksək istehsal keyfiyyəti ilə tanınır. Ənənəyə sadiqlik və müasirliyə açıqlıq, əsl ispan ehtirası və aristokratik təmkin, keyfiyyət və yüksək zövq moda evinin əsas fəlfəsəni təşkil edir. Bir əsr yarımdır ki, həm avropalı, həm də asiyalı alıcıların pərəstişinə nail olan “Loewe”nin adı son vaxtlar moda arenasında daha çox səslənir. Moda tənqidçilərinin fikrincə, brend yaradıcı direktor Conatan Andersonun eksperimentləri sayəsində həm maraqlı, həm də bir qədər anlaşılmaz olub. “Loewe” müntəzəm olaraq rəssamlarla və sənətkarlarla əməkdaşlıq edir, nəticədə Andersonun estetikası yeni notlarla dolub daşır. Dizayner Co Brainard, Kennet Prays, Florian Krever və digər rəssamların əsərlərini şərh edib. Bundan əlavə, brend mütəmadi olaraq mağazalarında müasir incəsənət sərgiləri keçirir.

Conatan Anderson aksesuarlarla ustalıqla işləyir. Məsələn, 2015-ci ildə təqdim olunan “Loewe Puzzle” çantası dərhal “Olmazsa olmazların” yeni nəslinə qoşularaq növbəti bir neçə il ərzində ən çox arzulanan aksesuarlardan birinə çevrildi. Markanın digər məşhur modelləri arasında “Mini Gate” və “Hamak” çantalarını misal göstərmək olar.

Sözsüz ki, belə məşhurluq söz-söhbətlərsiz ötüşməyib. 2019-cu ildə “Loewe” İkinci Dünya Müharibəsindən qalan həbs düşərgəsi əsirlərinin geyimlərinə bənzəyən paltarları buraxmaqda ittiham olundu. Qara və ağ zolaqlı köynək və şalvarlar britaniyalı keramika rəssamı Uilyam de Morqana həsr olunmuş “William De Morgan” kapsul kolleksiyasının bir hissəsi idi. Çoxsaylı iradlardan sonra brend alıcılardan üzr istədi və sözügedən məhsulları rəsmi internet saytından çıxardı.
Bu gün
Andersonun son kolleksiyasının şousundan fotolar bütün sosial şəbəkələrdə yayıldı, xüsusilə brendin əlcəkli sviterləri müzakirələrə yol açdı. Bir çox tənqidçi bu kolleksiyanı da düşmənçiliklə qarşıladı, onun çirkin dəb deyil, sadəcə vulqarizm olduğunu qeyd etdilər. Bütün bunlara baxmayaraq, brend öz statusunu qaldırmağa davam edir. Lüks brendlərinin məhsullarının onlayn satışını həyata keçirən "Lyst" tətbiqinin rüblük hesabatı da göstərir ki, brendin məhsullarına tələbat ildən-ilə artır.
Qeyd edək ki, 2023-cü ilin ikinci rübündə Conatan Andersonun rəhbərliyi altında "Loewe" moda evi ilk dəfə olaraq ən populyar brendlərin reytinqində lider olub.
Aytən
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişdi
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu








.jpg)

.jpg)




















.png)

.jpg)






