Dəb
Yayın saronq ətək dəbi - FOTO
Dəbin demokratikləşməsi o yerə çatıb ki, biz çox vaxt eyni geyimi fərqli vəziyyətlərdə də geyinə bilirik. Məsələn, idman şalvarları və kapüşonları çoxdan idman zalından kənara çıxıb, "şəp-şəplər" də artıq çimərlik ayaqqabıları hesab edilmir. Çimərlik geyimindən gündəliyə keçən başqa bir geyim saronq ətəklərdir.
Publika.az xəbər verir ki, Cənub-Şərqi Asiya xalqlarının ənənəvi geyimi olan saronqdan götürülən bu ətəklərin özəlliyi odur ki, xalat kimi ombada bağlanır və ya bir tərəfi digərinin üstünə keçirilir. Uzun müddətdir ki, çimərlikdə çimərlik paltarları ilə belə ətəkləri geyinmək dəb idi. Lakin sonradan dizaynerlər aşırmalı ətəklər hazırlamağa başladılar. Bu yay belə ətəklər sahildən daha çox şəhər atmosferinə daha çox uyğun gəlir. Dekor belin incəliyini vurğulayacaq, yarıq isə ayaqları vizual olaraq daha uzun göstərəcək.
Bu ətəklərlə necə dəbli görünmək olar?
Stil seçimlərinin geniş çeşidi var, saronq yubka, hətta sport stili də axşam görünüşünə çevirə bilər, bunun üçün yalnız düzgün ayaqqabı əlavə etmək tələb olunur. Məsələn, stiletto və ya ayaq biləyində bağlanmış nazik qayışlı səndəllər. Romantik toplar isə daha seksual bir obraz yaratmağa kömək edəcək. Bununla belə, bəzi mürəkkəb stilistik üsullardan istifadə etmək heç də lazım deyil. Şəhər üçün asimmetrik kəsimli bodilər və ya sadə ağ-qara mayka və köynəklər əlverişli olacaq. Saronq ətək geyinmək istəyirsinizsə, həddi aşmamaq vacibdir. Odur ki, obrazın üst hissəsini mümkün qədər lakonik tərtib edin. Köynəklər eyni rəngli və ya ziddiyyətli ola bilər. Bu, sizin nə qədər parlaq bir dəst yaratmaq istəyinizdən asılıdır.
Müxtəlif variantlarını podiumda da görmək olar. Məsələn, "Tory Burch" saronqları içərisinə salınmış "kişi" köynəkləri, geniş korset kəmərləri və ya "oversize" pencəklər ilə geyinməyi təklif edir. "Miu Miu" ilə "Stella Jean" ətəkləri klassik köynəklər, "Proenza Schouler" isə bədənə yapışan uzunqol polo ilə birləşdirmişdi.
-
Magazin222:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar

































.jpg)



