Fantastik qiymətə satılır: Məşhur çantaların sirri nədir?
Bizi izləyin

Dəb

Fantastik qiymətə satılır: Məşhur çantaların sirri nədir?

Fantastik qiymətə satılır: Məşhur çantaların sirri nədir?

"Louis Vuitton" əsrlər boyu moda dünyasının zirvəsindədir. Brend kefyiyyətli, uzunömürlü və aşınmaya davamlı zərif aksesuarlar sayəsində məşhur oldu. Bu işdə moda evinin yaradıcısı Lui Vittona 19-cu əsrin yenilikçi materialı kömək etdi. Bəs bu möcüzə nə idi və niyə bu günə qədər istifadə olunur?

Publika.az oxucuları sərvət dəyərində olan və unikal materialdan hazırlanan çantaların sirri ilə tanış edir.

Aksesuar mütəxəssisi Maraşel ilə 17 illik əməkdaşlıqdan sonra Lui Vitton öz biznesini qurmağa qərar verdi. Artıq o işin incəliklərinə bələd idi və müştərilərin nə cür çamadanlar istədiyini dəqiq bilirdi. Bu səyahət əşyası uzunömürlü olmalı və istənilən vəziyyətdə rahat qalmalı idi. Moda brendinin banisi təkcə sandıqvari həcmli formanı dəyişdirməklə yadda qalmadı, həm də bazara yeni dizayn edilmiş rahat qıfıllar və materiallar çıxardı. "Kanva" adlanan yeni parça pambıq, kətan və xüsusi örtükdən ibarət idi, lakin çamadanların bir komponentinin tərkibi hələ də gizli saxlanılır.

Unikallığı nədir?

Birincisi, kətan dəri deyil. Əgər əvvəllər təbii materialdan minimal miqdarda istifadə etmək istəyi qiymətdən asılı idisə, bu gün ekologiya məsələsi gündəmə gəlir. Bununla belə, faktura baxımından kətan çantalar sehrli örtüyü yaradan dən-dən fakturanın sayəsində dəri məmulatlarına bənzəyir.

Başqa bir üstülüyü kətanın həqiqətən uzunömürlü olmasıdır. “Louis Vuitton” aksesuarlarının alıcıları gözəl bilir ki, onlar bir mövsümlük deyil. Unikal kompozisiya uzun illər çantaların mükəmməl görünüşünü saxlamağa imkan verir - əsl moda investisiyası budur.

Lui Vuittonun ölümündən sonra brendin idarəçiliyi oğlu Corca keçdi, o dövrdə moda evi artıq kifayət qədər məşhur idi. Hətta çantaların saxta versiyaları hər yerə yayılmışdı. Daha sonra iş adamının varisi brendin LV hərfləri və nəbati motivlərlə imza monoqrammasını hazırladı, sonra isə loqonu kətana tətbiq etdi.

O vaxtdan bəri innovativ materialla birləşən bu naxış müstəsna keyfiyyət və unikallığın simvolu hesab olunur. Kətan parçalar isə markanın istifadə etdiyi ən məşhur materiallardan biri olmağa davam edir. Bu gün bu materialdan hazırlanmış çantaların qiymətləri dəyişir, lakin orta hesabla belə bir aksesuar təxminən 3500 manata başa gəlir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm