Dəb
Kitabxanaçı kimi geyinin - Mövsümün ən perspektivli tendensiyasıdır - FOTO
Son bir neçə mövsümdə biz sadəcə sonsuz trendlər içində boğuluruq. Trendlər əvvəllər də qibtə edilən qanunauyğunluqla dəyişirdi. Lakin hər gördüyünü estetik şəkildə geyinməyə çalışan TikTok istifadəçilərinin peyda olmasından sonra demək olar ki, hər ay yeni tendensiyalar meydana çıxır. Onların populyarlığı çox qısa çəksə belə moda dünyasına təsiri danılmazdır. Uzun müddətdir ki, moda arenasına əsasən "Barbie" obrazları hakimdir. "Barbie" filminin kinoteatrlarda nümayişi dayandırılan kimi onun da tezliklə unudulacağı proqnozlaşdırılır. Bununla birlikdə kukla obrazını əvəz edən yeni bir trend gəlməyə hazırlaşır.
Publika.az stilistlərin sözlərinə istinadən xəbər verir ki, onun layiqli əvəzləyicisi tamamilə əks bir stil olacaq. Söhbət kitabxanaçı üslubundan gedir.
Kitabxana işçiləri dizaynerlərin ən bariz ilham mənbəyi deyil. Bu stili gündəmə gətirən "Miu Miu" moda evinin payız-qış nümayişindəki modellər oldu. "Sandy Liang" kolleksiyasında da bu obraza rast gəlmək olar. Klassik kardiqanlar, karandaş ətəklər, naxışlı kolqotkalar və əlbəttə ki, nazik çərçivəli eynəklər kitabxana obrazının ayrılmaz hissəsi olacaq. Lakin kitabxanaçı obrazı dedikdə ağlınıza məktəbdəki kitabxana işçiləri gəlməsin. Bir sözlə, obraz sərtdir, eyni zamanda cəsarətlidir.
Kitabxanaçı imicini necə yaratmaq olar?
İşgüzar qarderobun əsas komponentləri vacibdir: dizə qədər və ya qələm ətəklər, pambıq köynək, klassik paltar, bir cüt lofer, baletka və ya "Mary-Jane" ayaqqabısı, yumşaq yun sviter və ya düyməli jaket, boş pencək, klassik şalvar və eynək. Məhz bu sadə kompozisiyalar sayəsində kitabxanaçı obrazının böyük populyarlıq qazanmaq və uzun müddət bizimlə qalmaq şansı var. Bunların çoxu yəqin ki, artıq qarderobunuzda var və ya hər hansı geyim qərarına gəlsəniz belə, bu, şübhəsiz ki, təkcə “kitabxanaçı” obrazı üçün deyil, başqa vaxt da lazımlı olacaq.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































