Dəb
Moda dünyasında seksual inqilab edən modelyerin uğur hekayəsi - FOTO
Bir çox məşhur dizaynerlərdən fərqli olaraq, Tom Ford moda paytaxtlarından uzaqda - Texasda doğulub. Modelyerin valideynləri daşınmaz əmlak satışı ilə məşğul olurdu. Həmyaşıdları futbol oynayarkən, o, dünyanı səyahət etmək haqqında xəyallar qurur, həm də başını daha yaradıcı işlərlə qatırdı. O, müsahibələrinin birində bildirib ki, uşaq olarkən evdəki mebellərin çoxunu təkbaşına düzəldib. Moda dünyasına sonsuz məhəbbət isə ona anası ilə nənəsindən keçib. Anası təvazökar və zərif geyinməyi sevir, nənəsi isə daha təmtəraqlı Texas üslubunu təmsil edirdi. Tom onların ikisinə eyni dərəcədə bağlı idi, odur ki, bu iki üslubun sonradan Tomun yaradıcılığında birləşməsi təəccüblü deyil.
Publika.az bu yazıda oxucuları “Tom Ford” moda brendinin uğur hekayəsi ilə tanış edib.
Moda aləminə gedən yol
Tom Ford xüsusi dizayn təhsili almadı, özünəməxsus stilini ətarfında baş verənləri dərin müşahidə qabiliyyəti sayəsində tapdı. Ümumiyyətlə, dizayner ilham axtarışlarını uzaqlarda deyil, həmişə öz ətrafında axtarırdı. Tom Nyu-York Universitetində birinci kursda oxuyarkən, incəsənət tarixini öyrənmək əvəzinə, şəhərin gecə həyatı ilə tanış oldu. Məsələn, o, şənlənməyi sevənlərin və diskoteka tərzinin məskəni – “Studio 54” klubunun daimi üzvü oldu. İncəsənət tarixi fakültəsini atdıqdan sonra gələcək dizayner diqqətini Parsonsdakı memarlıq kurslarına yönəltdi və dizaynerliyi öyrənməyə getməyə başladı. Lakin çox keçmədən Tom anladı ki, özünü moda dünyasından başqa heç bir yerdə görmür.
Memarlıq dərəcəsi ilə sənayedə ilk işini tapmaq asan deyildi. Beləliklə, dizayner Keti Hardvikin yanında işə düzəlmək üçün Tom bir ay ərzində hər gün ofisinə zəng etdi. Və nəhayət, bəxt üzünə güldü. Müsahibədə Ford etiraf etdi ki, ən çox sevdiyi brendlərdən biri “Armani”dir. Və bununla Ketinin hörmətini qazandı. Bir neçə il sonra Keti ondan niyə bu moda evini seçdiyini soruşduqda, Tom “Çünki sən “Armani”dən geyinmişdin” cavabı ilə növbəti dəfə onu ovsunlamışdı.
“Gucci” erası


Tom Ford və “Gucci” bir-birlərinə eyni dərəcədə ehtiyac duyurdular. Tom tanınmayan amerikalı bir dizayner olsa da, moda sənayesinin köklərinə toxunmaq üçün Avropanı fəth etməyə hazır idi. 1990-cı illərdə İtaliya moda imperiyasına isə hər kəsin marağı sönmüşdü, bir nəfər də olsun modelyer işləmək istəmirdi. 1990-cı ildə Tom “Gucci” qadın xəttinin kreativ dizayneri vəzifəsini tutdu və dörd il sonra məşhur brendə rəhbərlik etməyə başladı.
O, tədricən “Gucci”ni dirçəltdi, 90-cı illərin ikinci yarısında Tom öz parlaqlığını çoxdan itirmiş darıxdırıcı markanı xəyalların brendinə çevirməyi bacardı. Dizayner ictimaiyyətə lazım olanı təklif etdi - cəsarət, eyni zamanda vulqarizmdən uzaq seksuallıq. Məhz o dövrdə məşhur məxmər kostyumlar, parlaq atlaz koftalar, toqqalı kəmərlər meydana çıxdı. Bir çox cəhətdən markanın uğuru “sex sells” (seksuallıq satılır) prinsiplərini Tomun ilk ortaya çıxaran və modaya gətirənlərdən biri olması ilə bağlıdır. Bu düstura əsaslanan Tomun reklam kampaniyaları hələ də təxribatçı hesab olunur. Bəzi ölkələrdə isə bu reklamların göstərilməsinə qadağalar qoyulmuşdu. Fordun “Gucci”də işlədiyi dövrdə şirkətin satışları ildə 230 milyon dollardan 3 milyard dollara yüksəldi.
“Yves Sait Laurent”ə keçid
1999-cu ildə Tom Ford daha bir taleyüklü təyinat aldı. Bu dəfə o, “Saint Laurent” qadın xəttinin yaradıcı direktoru vəzifəsini tutdu. Dizayner moda evinin arxivləri ilə ciddi şəkildə tanış oldu və onlara hər kəsə artıq tanış olan seksuallığı və öz stilini əlvə etdi. “YSL” qadını növbəti beş il ərzində daha da yenilikçi, cəlbedici və özünə inamlı oldu. Bununla bərabər Ford fransız brendinin DNT-sinə xas olan zərifliyi qoruyub saxlamağı bacardı. Onun təyinatı yenidən satışların əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Ancaq bəziləri hələ də Tomu moda evinin irsinə xəyanətdə ittiham edir. Onların arasında amerikalı modelyerin sonrakı kolleksiyalarını ciddi şəkildə tənqid edən İv Sen Loren özü də var idi.
Solo karyera

“Gucci” və “Saint Laurent”də işlədikdən sonra Tom 2005-ci ildə solo karyerasına başladı və öz brendini yaratdı. Maraqlıdır ki, birinci il brend yalnız kosmetika və aksessuarlar istehsal edirdi. Ancaq Fordun “Gucci” və “Saint Laurent”də parlaq uğurundan sonra dizaynerin buraxdığı hər şey bir gecədə satıldı. Açıq-saçıq reklam kampaniyaları da yeni brendə populyarlıq gətirdi. Tom Fordun kolleksiyalarında dəbdəbə sesksuallıqdan sonra gəlirdi, bahalı parçalardan təxəyyülə yer verilməyən cəsarətli obrazlar yaradılmışdı. Nəticədə amerikalı dizaynerin adı karyerasının əvvəlində çalışdığı məşhur kutyurelər qədər məşhurluq qazandı.



Tomun həyatında daha bir mühüm mərhələ kinodur. Ford karyerasına model və reklam aktyoru kimi başlayıb və sonra bu sənayenin onu həmişə ruhlandırdığını etiraf edib. Moda dünyasında uğur qazanan dizayner “Qızıl Aslan” mükafatına namizəd olan “Tənha adam” filminə rəhbərlik edib, onun “Gecə örtüyü altında” filmi isə Venesiya Film Festivalının münsiflər heyətinin Qran-pri mükafatını alıb.
Aytən
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişdi
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu








.jpg)

.jpg)




.jpg)



.png)











.png)

.jpg)





