Dəb
Güllü don və kişi pencəyi - Sentyabrda dəbdə olacaq uniforma - FOTO
Əminik ki, sadə paltarlarda geyinməyə üstünlük versəniz belə, qarderobunuzda ən azı bir çiçəkli və ya atlas don tapacaqsınız. Belə donlar özlüyündə kifayət qədər cəlbedicidir və xüsusi bir aksessuar tələb etmir. Dəri səndəl və orta böyüklükdə olan çantalarla əla görünürlər. Bununla yanaşı kişi pencəyinin köməyi ilə yay sarafanlarını ciddi ofis geyiminə də çevirə bilərsiniz.
Publika.az xəbər verir ki, yüngül yay donlarının klassik pencəklərlə birləşməsi sentyabr ayında xüsusilə aktualdır.
Niyə "kişi" pencəyi? Möhtəşəm bir kontrast yaratmağa qadirdir, bunun sayəsində obraz ahəngdar olacaq. Romantik çiçəkli donların boş pencəklərlə birləşməsi ofislə yanaşı, rəfiqələr və romantik görüşlər üçün universal bir kombindir. Paltarın fasonu müxtəlif ola bilər: cəlbedici dar minilər, ciddi midi donlar və maksi sarafanlar. Onların hər biri pencəklərlə eyni dərəcədə yaxşı görünür. Qara pencək demək olar ki, istənilən paltarı tamamlaya bilər. Lakin daha orijinal rəng birləşmələrindən də qorxmamalısınız. Retro üslublu idman ayaqqabıları, dəri başmaqlar, bosonojka və tuflilər bu kombin ilə çox yaxşı yola gedir. Hər şey seçimlərinizdən və bu paltarı geyəcəyiniz yerdən asılıdır.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































