Dəb
Dəri gödəkçələr payızın əsas trendi olacaq - FOTO
Kopenhagen Moda Həftəsi keçən həftə başa çatdı. Bir neçə gün ərzində Danimarka paytaxtının küçələri fəşn bloger və influenserlərlə dolub daşdı. Onların obrazları podiumlardakı kolleksiyalardan heç də geri qalmırdı. Eyni zamanda Skandinaviya modapərəstlərinin seçimi həmişə çox praktik və nümunəvidir. Danimarka gözəlləri xüsusilə dəri gödəkçələri çox sevirlər.
Publika.az xəbər verir ki, payızın əsas trendlərindən biri də dəri kurtkalardır. Məlumdur ki, sentyabr aylarında üst geyimsiz küçəyə çıxmaq çətin olacaq. Dəri kurtlar isə ən ideal seçimdir. Bu, klassik bayker gödəkçəsi (motosikletçi kurtkası), əyninizə kip oturan nazik bir model, bomber gödəkçə və ya böyük ölçülü gödəkçə ola bilər - seçim sizin ixtiyarınızdadır. Əsas odur ki, onu düzgün uzlaşdıra biləsiniz.
Dəri kurtka obrazlarını iki geniş kateqoriyaya bölmək olar. Birincisi, daha sadə və konkretdir. Bunun üçün kurtkanı onun tərzində olan geyimlərlə birləşdirmək lazımdır. Məsələn, cins ilə. Qısa modellərlə yüksək belli şalvarlar xüsusilə gözəl görünəcək, belə bir kombin ayaqları vizual olaraq uzadacaq və siluetin nisbətlərini gözəl vurğulayacaq.
Cins və ya trikotajdan tikilmiş boş şalvarı, eləcə də sadə paltar və ətəkləri dəri gödəkçələrlə birləşdirmək də asandır. Belə bir kombini tamamlamaq üçün istənilən idman ayaqqabısı və ya dəri çəkmələri kifayət edəcək. Beləliklə sadə, lakin dəbli payız obrazınız hazırdır.
Dəbli eksperimentləri sevənlərə başqa bir yol təklif edirik. Uyğun olmayan geyimləri, məsələn, krujevalı libası və ya büzməli ətəyi dəri kurtkanı birləşdirməklə maraqlı və daha yaradıcı obraz yarada bilərsiniz. Belə gözlənilməz birləşmələr təəccüblü, eyni zamanda gözəl və ahəngdar bir görünüş yaratmağa kömək edir.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































