Dəb
Payızın əsas rəngi - Hökmran görünməkdən qorxmayın! - FOTO
Moda cərəyanlarının qeyri-rəsmi iyerarxiyasında mövsümün rəngləri ənənəvi olaraq əsas yer tutur. Dizaynerlər və fəşn blogerlər öz görünüşlərini tərtib edərkən ilk növbədə rənglərə önəm verirlər. Yalnız bundan sonra onlara digər detallar əlavə olunur. Payız-qış dəb şoularına baxsaq, markaların neytral çalarlara üstünlük verərək təvazökar davrandıqları görünə bilər: boz, qara, bej, qəhvəyi. Amma belə deyil. Mövsümün ümumi səssiz əhval-ruhiyyəsinə baxmayaraq, bəzi parlaq rənglərə yer verilib.
Publika.az xəbər verir ki, mövsümün əsas çalarlarından biri alqırmızıdır. Prinsipcə, qırmızı nə qədər parlaq olsa, bir o qədər yaxşıdır. Və hökmran görünməkdən qorxmayın. Ən azından bu payız heç kim sizi bu cəsarətinizə görə mühakimə etməyəcək. Əksinə solğun payız günlərində, parlaq rənglərin azaldığı bir vaxtda bütün görünüşünüzlə ətrafınızdakıları isidəcəksiniz.
Qırmızı alma rəngini zoğalı tonlarla qarışdırmayın. Podiumlarda qırmızı alma tonları ən çox ümumi görünüş formatında tapıla bilər. Odur ki, sözün əsl mənasında başdan ayağa qırmızıya bürünmək aktualdır. Və bu, təəccüblü deyil: hətta ən sadə əşyalar da parlaq rəng sayəsində çox təsiredici görünür. Rəng özlüyündə o qədər cəlbedicidir ki, nə digər çalarların kompleks birləşməsi, nə də mürəkkəb aksesuarların dəstəyi tələb etmir.
Bununla belə, parlaq qırmızı daha mürəkkəb dizaynlı modellərdə də pis görünmür. Əgər qırmızı "total look" sizin üçün çox cəsarətli bir qərardırsa, özünüzü yalnız bir detalla məhdudlaşdıra bilərsiniz. Məsələn, "Tory Burch" şousunda olduğu kimi bir bluz seçmək olar. Və ya qırmızı çanta. Xoşbəxtlikdən, bu xüsusi rəngdə olan aksesuarlar bu il həmişəkindən daha populyardır.
-
Magazin221:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO









.jpg)

.jpg)
















.jpg)







