Dəb
Türk gözəli fransızları heyran etdi - FOTO
Türkiyəli aktrisa Melisa Aslı Pamuk ötən gün Paris Moda Həftəsi çərçivəsində keçirikən zərgərlik nümunələrinin dəfiləsinə qatılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tədbirdə Melisa Aslı Pamuk, həmçinin Karla Bruni, Eşli Qrem, Taraci P. Henson, Sara Sampaio, Coy Kruks, Kelli Roulend kimi tanınmış simalar iştirak edib.
70-ci illərin üslubunu əks etdirən unikal şouda tamaşaçılara "Messika" brendinin yeni "Midnight Sun" zərgərlik kolleksiyası təqdim edilib. Valerie Messika podiumda inqilabi xarakter daşıyan 140 yeni zinət əşyası nümayişə çıxarıb. Kolleksiyada sarı brilyantlar, maqnit materialları, mirvarilər və rəng kontrastları ön plana çıxıb.
Dünya şöhrətli "Messika" markasının siması olan aktrisa gecədə gözəlliyi və zərifliyi ilə göz qamaşdırıb. Qara libasınə sözügedən zərgərlik brendinin zinət əşyaları ilə tamamlayan gecədə çəkilən kadrlarını sosial mediada paylaşıb. Onun füsunkar obrazı fransızların da rəğbətini qazanıb.
Xatırladaq ki, Melisa Aslı Pamuk 2011-ci ildə Türkiyədə gözəllik müsaqibəsinin qalibi olub.
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
































.jpg)




