Dəb
"Qırmızı şərab": 2024-ün ən dəbli rəngi - FOTO
Hər kəsin müəyyən bir marka ilə əlaqələndirəcəyi bir rəng tapmaq hər hansı bir moda marketoloqunun qızıl arzusudur. Bir çox brendlərin artıq “öz” rəngləri var: məşhur "Tiffany" göy, "Valentino" parlaq çəhrayı və "Burberry" brendinin Daniel Linin gəlişi ilə təqdim etdiyi tünd göy. Deyəsən, "Gucci"nin də indi öz rəngi var. Sabato de Sarnonun yaradıcı direktor kimi ilk şousuna dəvətnamələr tünd qırmızı şərab rənginə boyanmışdı ki, bu da özünü kolleksiyanın nümayişində bir daha göstərdi.
Publika.az xəbər verir ki, modellərin dodaqlarındakı pomadalar da eyni tonda idi. Şoudan sonra məlum oldu ki, kolleksiyanın şərəfinə bu gözəl rəngi "Gucci Rosso Ancora" adlandırıblar. Bu rəngin dodaq boyası "Gucci"nin makiyaj stendlərində artıq tükənmək üzrədir. Ancaq maraqlıdır ki, dizaynerin həmkarları inanılmaz həmrəylik nümayiş etdirdilər və kolleksiyalarında sözügedən tonlara böyük yer verdilər.
Qırmızı şərab tonları payızın trendləri arasında öz yerini möhkəm bərkidib. Və ən çox - ümumi obraz formatında. Yeganə istisna, klassik qara və tünd mavini dəstəkləməklə, ikincidərəcəli rolu oynayan "Prada" şousu oldu. Lakin "Tom Ford", "The Attico", "Burberry", "Jil Sander", "Valentino" və "Bottega Veneta" şoularında şərab tonları solo rolunu layiqincə yerinə yetirdi. Yeri gəlmişkən, "Hermes" moda evinin dəfiləsində bir sıra obrazlar tamamilə bu rəngdə təqdim olunmuşdu. Biz sizə təpədən dırnağa qədər şərabla geyinməyi tövsiyə etmirik, lakin ən azından aksesuarları nəzərə alın - xüsusən də bu rəngdə parlaq dəri və jamşa teksturası xüsusilə effektlidir.
Şərab tonları şokolad qəhvəyisi, zeytun xakisi, tünd mavi və qrafit boz rənglərlə yaxşı uzlaşacaq. Deyəsən, növbəti mövsümün şüarı "In Vino Veritas"dır (red. latın dilindən şərabda həqiqət var deməkdir). Və hətta sağlam həyat tərzi keçirsəniz belə, bu tendensiya sizə yaxın ola bilər. Odur ki, şərab trendini sonraya saxlamadan elə indi sınaqdan keçirə bilərsiniz. Üstəlik payızda dərin qaranlıq çalarlar çox yaxşı təsir bağışlayır.
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
































.jpg)




