Dəb
İstənilən payız obrazına yaraşan çəkmə dəbi - FOTO
Qısaboğaz çəkmələrin hər bir qadının qarderobunda yer alması lazımdır. Payız-qış mövsümünə hazırlaşarkən ilk növbədə altı düz rahat çəkmələr almağı düşünürük. Buna baxmayaraq, bir cüt zərif çəkmə qarderobunuz üçün əla sərmayə olacaq və illər ərzində öz aktuallığını itirməyəcək.
Publika.az oxucuları mövsümün çəkmə dəbi ilə tanış edib.
Əgər əvvəllər mövsümi tendensiyalar bizə hansı modellərin "ən dəbli" adına layiq olduğunu ciddi şəkildə diktə edirdisə, bu mövsüm dizaynerlər bizə kifayət qədər geniş seçim təklif edirlər. Məsələn, yalnız zöqnüzə güvənərək, çəkmələrdə istənilən burun formasını seçə bilərsiniz: Hamar, iti, dəyirmi və ya çox yönlü kvadrat. Bu mövsüm geyimlərinizi daha effektli etmək istəyirsinizsə, onlardan hər hansı birini seçin.
Daban üçün əsas tələb rahatlıqdır. Qalın dabanlar, yaxud da alçaq və nazik stilettoları olan variantlara nəzər salın. Sonuncu xüsusilə zərif görünür, eyni zamanda geyinmək olduqca rahatdır. Dəri qısaboğaz çəkmələri üçün ən praktik material olaraq qalır: hətta qar və palçıq şəraitində belə ona qulluq etmək asandır. Bununla belə, zamşa modelləri də unutmaq olmaz. Üstəlik, o, həmişə nəcib və "bahalı" görünür.
Qısaboğaz çəkmələri boş cins şalvarlar, rəsmi kostyumlar və cəsarətli minilərlə eyni dərəcədə yaxşı görünməsini təmin etmək üçün neytral rənglərdə və bəzəksiz modelləri seçin.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































