Dəb
Bütün dövrlərin əbədi klassikası olan əfsanəvi köynəyin tarixi: Qaldıqca, yaxşılaşır
Bu gün polo köynək yeni mövsümün əsas trendlərindən biridir və bütün dövrlərin əbədi klassikası siyahısında güclü mövqeyini qoruyub saxlayır. 1972-ci il "Polo Ralph Lauren" markasının reklam kampaniyasında deyilirdi: "Qaldıqca, yaxşılaşır". Biz bu şüarla yalnız razılaşa bilərik, çünki polo bu gün öz vəzifəsinin öhdəsindən mükəmməl gəlir. Polo köynəklər dünyanın ən dəbli qadınlarının qarderobuna da artıq yol tapıb.
Publika.az bu yazıda oxucuları əfsanəvi geyimin yaranma hekayəsi ilə tanış edir.
Polonun niyə Rihannadan tutmuş Viktoriya Bekhemə qədər bütün məşhurlar tərəfindən seçildiyini başa düşmək üçün bir neçə əsr geriyə getməyə və müxtəlif rəng palitrasına malik olan geyimin hekayəsini ilə tanış olmağa dəyər.
19-cu əsr

Təxmin etmək çətin deyil ki, polo köynəyi eyniadlı atçılıq idmanı ilə ayrılmaz şəkildə bağlıdır, atçılar xüsusi dəyənəklərdən istifadə edərək topu meydançada hərəkət etdirirlər. Çoxdüyməli yaxalıq, yumşaq pambıq materialı və hərəkəti məhdudlaşdırmayan qolları - rahat gəzinti üçün başqa nə lazımdır?
Köynənin mükəmməl kəsimini yaratmaq üçün əsrlər boyu polo təcrübəsi lazım idi və onun başlanğıcı eramızdan təxminən əvvəl 600-cü illərdə Persiyaya gedib çıxır. Etimologiyaya istinad etsək, idmanın adını qədim hind sözü olan pulu ilə əlaqələndirmək olar, bu da topun hazırlandığı materialı bildirir. Avropada oyun 1871-ci ildə Hindistandan yeni əyləncələr gətirən İngilis hərbi müstəmləkəçilərinin sayəsində məşhurlaşdı.
20-ci əsr

20-ci əsrin əvvəllərində polo oyunu Olimpiya Oyunlarının bir hissəsinə, həm də aristokratlıq və firavanlıq simvoluna çevrildi. Demək yerinə düşər ki, subtropik iqlimə görə idman əvvəlcə daha yüngül geyim tələb edirdi. Hind aristokratları, Jodhpurlar əvvəllər uzunqol pambıq köynək və xüsusi çəkmələr geyinirdilər. 1900-cü illərdə İngiltərənin Cersi adasının adını daşıyan trikotajın meydana gəlməsi toxuculuqda inqilab etdi və bir çox xüsusiyyətləri sayəsində geniş yayıldı: yun və pambığın nəfəs ala bilən qarışığı əla elastikliyə malik idi, eyni zamanda alt paltarları və idman geyimlərinin istehsalına uyğun gəlirdi. Polo köynəklərin ilk versiyaları trikotajdan hazırlanmışdı, onlar uzun qolları və oyunçuları küləkdən qoruyan yaxalıqdan ibarət idi. Sonradan qarderob elementi dəyişkən oldu: soyuq mövsümdə uzunqol modeli, isti mövsümdə isə qısaqol modeli gündəmə gəldi.
Polo köynəklərinin kəsimində başqa bir inqilab 1920-ci illərin ortalarında oldu və bu, idmançıların sayəsində baş verdi, çünki yalnız onlar hansı formanın oyunlar üçün ən uyğun olduğunu bilir və başa düşürlər. Beləliklə, "Timsah" kimi tanınan tennisçi Rene Lakoste tennis oynamaq üçün polo köynək dizaynı hazırladı: bu, yaxalıq və düymələri olan qısaqol pambıq köynək idi. Ləqəbi ilə fəxr edən "Lacoste" köynəyin sol tərəfinə timsah tikmələri də əlavə etmişdi. Beləliklə, dünyaca məşhur "Lacoste" brendinin inkişafının başlanğıcını qoyuldu. Rene Lakostenin ağ poloda ilk çıxışı 1926-cı ildə ABŞ Açıq çempionatında baş tutdu.

Köynəyin dizaynı polo ictimaiyyəti və ondan kənarda da müsbət qarşılandı və 1930-cu illərdə "Lacoste" bildiyimiz və sevdiyimiz polo köynəklərin istehsalında və satışında nüfuzlu liderə çevrildi. Tezliklə bütün dünya bu köynəklərdən danışmağa başladı. Keçən əsrin 50-70-ci illərində Sarmaşıq Liqasında oxuyan gənclər belə poloları universitet simvolları olan idman gödəkçələrinin altından geyinirdilər. Nüfuzlu təhsil müəssisələrinin tələbələri köynəkləri məharətlə preppi üslubuna uyğunlaşdırdılar və köynəyin elit DNT-sini təsadüfi bir toxunuşla birləşdirdilər.
Daha sonra, 70-ci illərdə polo müxtəlif mədəniyyətlərə aid olan gənclərin qarderoblarına yayılmağa başladı. Polo hamıya xitab edirdi: tennisçilərdən tutmuş yaxtaçılara qədər. Üç düyməli lakonik köynək dəbi hətta SSRİ-yə çatdı və tenniska adını qazandı.

Son bir neçə il ərzində polo köynək moda sənayesi tərəfindən yenidən tanındı: o, getdikcə daha çox influenserlər və ulduzların obrazlarında qarşımıza çıxır, bunu Moda Həftələrindəki stil xronikaları da sübut edir. Və bu təəccüblü deyil: tenniskalar uzun müddət həm qadın, həm də kişi qarderobunun bir hissəsi oldu və klassik köynək ilə sadə "futbolkalar" arasındakı boşluğu doldurdu.
Unutmayın ki, polo universal element hesab olunur. Polo köynəklər Heyli Biber kimi stil ikonasının da favoritidir və onu adətən dəri kurtkla və boş cinslərlə birləşdirməyə üstülük verir. İşgüzar üsluba riayət edirsinizsə, klassik pencək də yerinə düşər.
Aytən
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir








.jpg)

.jpg)



















.png)

.jpg)





