Dəb
Qışın ən universal cins dəbi - FOTO
Qarderobun əsas və ən universal titulu uğrunda mübarizədə cins şalvar həmişə qalib gəlir. Kobud parçadan hazırlanmış bu şalvarlar çoxdan bizim uniformamıza çevrilib. Onlar həm işgüzar stilin, həm gündəlik, həm də teatr və romantik görüşlərin də ayrılmaz hissəsi olmağı yaxşı bacarırlar.
Publika.az xəbər verir ki, yayda ağ cinslər gündəmə gəlirsə, qışda onu qara variantları əvəz edir. Bu mövsüm də istisna olmayıb.
Mağazalar bizə bir neçə rəngin saysız-hesabsız çalarlarını təklif etməsinə baxmayaraq, çox vaxt biz "orijinal" mavi rəngə üstünlük veririk. Bununla belə, yağışlı və soyuq mövsümdə daha praktik qara modellərə daha yaxından nəzər salmağı məsləhət görürük.
Bu barədə heç vaxt düşünməmiş ola bilərsiniz, amma qara cinslər də müxtəlif çalarlara malikdir. Daha klassik dəstlər üçün dərin, zil qara, daha cəsarətli obrazlar üçün isə bozumtul variantları seçin. Bu cins şalvar böyük ölçülü sviter və dəri bomber gödəkçə ilə birləşdikdə əla görünəcək. Əgər havalar isinənə qədər cins şalvar geyinməyi planlaşdırırsınızsa, daha bol modellərə üstünlük verin. Söhbət təkcə tendensiyalarla bağlı deyil. Məsələ ondadır ki, şaxtalı günlərdə bol şalvarlar termal alt paltarı geyinməyə imkan verəcək. Zövqünüzə uyğun üslub seçin. Yadda saxlayın ki, yüksək bel və dar modellər silueti mükəmməl şəkildə uzadır və ayaqları daha uzun göstərir, düz kəsimli variantlar həmişə "daha bahalı" görünəcək və gələcək illərdə öz aktuallığını itirməyəcək.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































