Dəb
"Sevgi qandalları"nın uğurlu hekayəsi
"Cartier Love" bilərziyi bir çox məşhurların biləklərini bəzəyən və ən çox tanınan zərgərlik əşyalarından biridir. Aksessuar unikal dizaynı və təsirli yaradılış hekayəsi sayəsində populyarlıq qazanıb.
Publika.az xəbər verir ki, bu aksessuar həm də ona görə xüsusidir ki, illərdir sevgi buxovlarını simvolizə edir. Bəs sevgi andını simvolizə edən bəzək əşyası necə yaranıb?
"Cartier Love" bilərziklərinin təsirli hekayəsi

İtalyan zərgər Aldo Çipullo məhəbbət və sədaqətin əsl təcəssümü olacaq elə bir zərgərlik parçası yaratmaq istəyirdi ki, onu diqqətsiz bir hərəkətlə çıxarmaq mümkün olmasın. Məhz o zaman zərgər əfsanəvi qolbağın dizaynını hazırladı və bu, tezliklə nişan üzüklərinin rəqibinə çevrildi. Çünki belə bir məhsul sahibinin sevdiyi birinin olduğunu göstərirdi. Və yalnız 1969-cu ildə zərgər bitmiş münasibətinin şərəfinə ikonik bir zərgərlik əsəri yaratdı.
“Səhər saat üçdür. Həqiqətən ağırdır. Mən heç kimin əlimdən ala bilməyəcəyi bir şey istədim” , - Aldo müsahibəsində bildirib.
Çipullo orta əsrlərdə açarla bağlanan bakirəlik kəmərindən ilhamlandı. Qolbaq bir vintlə bağlanan iki yarım dairədən ibarət idi. Məhsul xüsusi bir açar istifadə edərək açılır və biləkdə sabitlənir, buna görə də bu "qandalları" özünüzün tək çıxarması mümkün deyil - bunun üçün ikinci bir şəxs lazımdır. Odur ki, bilərzik "sevgililər üçün qandal" adlandırılmağa başladı.
“Sevgisiz həyat heçdir. Müasir insanların davamlı görünən sevgi simvollarına ehtiyacı var. Axı məhəbbət simvolu qalıcı dəyərə malik olmalıdır”, - Aldo Çipullo əsəri haqqında danışarkən bildirib.
Maraqlıdır ki, zərgər əvvəlcə öz ideyasını həmin vaxt işlədiyi "Tiffany & Co" şirkətinə təklif etsə də, brend onu istehsal etməkdən imtina edib. Daha sonra Çipullo "Cartier"in Nyu-York filiallarından birinə üz tutur. Məlum olur ki, brend yeni dizayn ideyaları axtarışındadır. Beləliklə dizaynerin zərgərlik evi ilə əməkdaşlığı onların hər ikisinə böyük gətirir.
"Cartier" əbədi hisslər ideyasını həm dəstələmək, həm də təbliğatı üçün ən məşhur cütlüklərə qızıl bilərziklər göndərir. Beləliklə, ilk nüsxələri Vindzor hersoqu və hersoginyası Sofiya Loren və Karlo Ponti, Elizabet Teylor və Riçard Burton, Frank və Nensi Sinatranın qollarında görünür. Zaman keçsə də aksessuar öz aktuallığını itirmir, bu gün də onları bir çox məşhurların biləyində görə bilirik.

Yeri gəlmişkən, "Cartier" bilərzikləri ilə bağlı çoxlu əfsanələr var. Şayiələr yayılmışdı ki, məhsulu yalnız aşiq cütlüklər ala bilərdilər, çünki onlar ayrıca satılmırdılar. Nyu-York xəstəxanalarının birində xəstənin bilərziyi açmaq üçün özü ilə açar gətirdiyi də iddia olunurdu.
Aksessuarlar əvvəlcə qızılla örtülmüş gümüşdən hazırlanmışdı, lakin sonradan marka tamamilə qızıldan olan versiyaları istehsal etməyə başladı. 1979-cu ildə isə zərgərlik evi brilyant qaşlı variantları təqdim etdi. Vaxt keçdikcə "Cartier Love" kolleksiyasına bir çox qadının istək obyektinə çevrilən üzüklər, sırğalar və kulonlar da əlavə olundu.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































