Dəb
Payızın ən "bahalı" rəngi müəyyənləşdi - FOTO
Qəhvəyi rəng özünü qaraya ciddi rəqib kimi elan etdikdən sonra dünyada minlərlə modapərəst bununla razılaşdı və ölməz qaranı qəhvəyi ilə əvəz etməyə başladı.
Publika.az xəbər verir ki, bu mövsüm qəhvəyi öz mövqeyini daha da gücləndirib. Bu gün payız-qış kolleksiyalarına konyak tonlarından qəhvə çalarlarına müxtəlif geyimlərin daxil olmadığı bir marka tapmaq çətindir. Tünd şokolad tonları isə hələ də qəhvəyinin ən dəbli çalarları olaraq qalır. Ona görə ki, şokolad rəngi həm universaldır, həm hər kəsə yaraşır, həm digər rənglərlə asanlıqla birləşir, həm də həmişə nəcib və bahalı görünür.
Bəs bu dəbli rəngi qarderobunuza necə uyğunlaşdıra bilərik?
Brendlərin çeşidində onlarla tünd qəhvəyi geyimlər tapmaq olar. Odur ki, ilk növbədə "Hazırda qarderobunuzda nə yoxdur" sualı üzərində düşünməyi təklif edirik. Gözəl üst geyim axtarırsınızsa, yun palto və ya şokolad rəngli aviator dublyonkaları yoxlayın. Onlar istənilən obrazı mükəmməl şəkildə tamamlayacaq və soyuqda donmağa imkan verməyəcəklər. Başqa bir çox yönlü seçim trikotajdır. Həcmli sviter, maksi paltar və ya merinos yundan tikilmiş vodolozka - zövqünüzə uyğun istənilən variantı seçin. Qəhvəyi rəngi ayaqqabı və aksesuarların köməyi ilə də qarderobunuza daxil edə bilərsiniz: dəbli çəkmələr, minimalist çanta və ya çox sadə bir kəmər. Əgər bütün bu variantlardan birini seçə bilmirsinizsə, bütünlüklə tünd şokolad tonlarına bürünə bilərsiniz.
Axtarışınıza aşağıdakı nümunələrdən ilham alaraq başlamağı tövsiyə edirik.
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı









.jpg)

.jpg)
















.jpg)







