Dəb
Cazibədar gecə: Moda mükafatları təqdim olundu - FOTO
Dünən Nyu Yorkdakı Amerika Təbiət Tarixi Muzeyində CFDA Moda Mükafatlarının təqdimetmə mərasimi baş tutub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə “İlin qadın geyimi dizayneri”, “İlin kişi geyimi dizayneri”, “İlin aksesuar dizayneri” və “Google ilə inkişaf edən mağaza dizayneri” nominasiyaları üzrə qaliblərə mükafatlar təqdim olunub. Conatan Anderson ilin beynəlxalq dizayneri kimi tanınıb, Vera Vanq isə toy dəbinin inkişafındakı nailiyyətlərinə görə mükafata layiq görülüb. 74 yaşlı məşhur əbədi gəncliyin sirrini gizlətmir və yaşlanmayan üzünü və bədənini nümayiş etdirməkdən çəkinmir. Bununla belə, səhnəyə çıxmaq üçün Vonq həmişəkindən daha qapalı obraz seçib. Dizayner qara bluzunu qar kimi ağappaq ipək yubka və dəri opera əlcəyi ilə tamamlayıb.
Aktrisa Qvinet Peltrou da uzun yubka dəbinə əməl edib. "Amazon" Moda mükafatını alan ulduz çox təvazökar və zərif atlaz yubkasını qara vodolozka ilə birləşdirib.
Belə tədbirlərdə qara məşhurlar arasında əsl lider olaraq qalır. Moda ikonasına çevrilən Serena Uilyamsın da seçimi qara olub. O,"Thom Browne" markasından möhtəşəm libas seçib. Çoxsaylı biser ilə bəzədilmiş paltar almaz boyunbağı və qeyri-adi arxalıq ilə tamamlanıb.
Gecənin ulduzu Demi Mur olub. O, tədbirdə bu ilin ən cazibədar klassik modeli olan gümüşü paltarda gəlib. "Carolina Herrera "imzalı paltarı 60 yaşlı aktrisanın heyrətamiz bədən quruluşunu mükəmməl şəkildə vurğulayıb.
"CFDA Fashion Awards"ın aparıcılığını əvvəlcə Sara Cessika Parker etməli idi. Lakin "Seks və Şəhər" ulduzu gözlənilməz hallarla üzləşdi və natiq rolu təkrarolunmaz Enn Heteueyə keçdi. Bu münasibətlə aktrisa eyni anda iki nəfəs kəsən obraz hazırlayıb. Əvvəlcə 40 yaşlı "Emmi" və "Qızıl Qlobus" mükafatı laureatı tədbirin açılışında "Ralph Lauren" libasında görünüb. O, şouda cins korset və yubka geyinən modelin görünüşünü tamamilə təkrarlayıb, yalnız obraza brilyantlı böyük boyunbağı və parlaq mavi daş əlavə edib. Tədbirin ikinci hissəsində Enn mövsümün başqa bir trendinə - alqırmızıya arxalanıb. Jurnalistlərin qarşısına o, qızıgüllər və muncuq tikmələrlə işlənmiş şəffaf qırmızı krujeva paltarında çıxıb. Onun saç düzümü də dəyişib - boş dalğalı saçlar lakonik bir toppuz yığımı ilə əvəz olunub.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































