Dəb
“Yatmış gözəllər: modanın oyanışı” - 2024-cü ilin planı açıqlandı
Metropolitan İncəsənət Muzeyi Kostyum İnstitutu 2024-cü il üçün planlarını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, növbəti sərginin və müvafiq olaraq mayda keçiriləcək "Met Qala"nın mövzusu “Yatmış gözəllər: modanın oyanışı”dır. Sərgi XVII əsrdən bu günə qədər olan 400 illik geyim tarixini əhatə edəcək. Buraya kövrək olduğu üçüb geyinilməsi mümkün olmayan 50 arxiv əşyası daxildir.
Müasir texnologiyalar sərgi ziyarətçilərinə eksponatlarla daha yaxından tanış olmağa kömək edəcək. Təşkilatçılar video animasiya, işıq proyeksiyası, kompüter qrafikası, xüsusi səs dizaynı və “hər bir əsərin kontekstini anlamağa kömək edəcək” sensor stimullaşdırmanın digər formalarından istifadə etməyi planlaşdırırlar.
"Moda bədənlə əlaqəsinə görə ən emosional sənət növlərindən biridir. O, yaddaş və emosiya ilə doludur və biz hisslərimiz vasitəsilə bir çox cəhətdən onunla bağlıyıq. Ümid edirəm ki, bu şou dəb haqqında duyğusal anlayışı inkişaf etdirər", - kostyum institutunun kuratoru Endryu Bolton açıqlamasında bildirib.
Qeyd edək ki, "Met Gala" ənənəvi olaraq mayın ilk bazar ertəsi baş tutur. Xatırladaq ki, bu il sərgi və bal Karl Lagerfeldin moda irsinə həsr olunub.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































