Dəb
Payız alış-verişinə bu şalvarları da daxil edin - FOTO
Şalvar payız-qış qarderobunun sütunlarından biridir. Havalar soyuyan kimi, bütün qızlar donlardan və ətəklərdən şalvarlara keçirlər. Bu o deməkdir ki, bu dövrdə dəbli şalvarlar almaq həmişəkindən daha vacibdir. Velvet şalvarların seçimləriniz arasına daxil olması isə xüsusilə arzuolunandır.
Publika.az xəbər verir ki, trikotaj, yun, kaşmir və dəri ilə birlikdə haqlı olaraq velvet də payızın ən dəbli materiallarından biri hesab olunur. Və bu, təəccüblü deyil, soyuq mövsümdə rahat, qalın parçalardan hazırlanmış geyimlər təbii olaraq aktuallaşır. Bu mövsüm də istisna deyil, velvet bir çox dizaynerlərin kolleksiyalarında yer alıb. Onları həm də tez-tez ulduzların və influenserlərin əynində görə bilərik. Velvet şalvarlar rahat hərəkət etməyə imkan verdiyinə görə, cins şalvar və ya yun şalvara əla alternativ olacaq.
Velvet şalvarları kombin etmək sizə çətin görünə bilər, lakin bu, yanlış təəssüratdır. Əslində, cinslər qədər universal olduğu üçün onu uyğunlaşdırmaq düşündüyünüz qədər çətin deyil. Onları siz ofisə, teatra, görüşə və ya gəzintiyə geyə bilərsiniz - hər şey onları nə ilə geyindiyinizdən asılıdır.
Velvet şalvarları ofisə böyük ölçülü köynək və trikotaj jiletlə geyinin. Obraz olduqca zərif, eyni zamanda rahat və ciddi olacaq. Onu istənilən ayaqqabı ilə tamamlaya bilərsiniz: idman ayaqqabılarından tutmuş dikdaban çəkmələrə qədər.
Daha rahat obrazlar yaratmaq niyyətindəsinizsə, şalvarınızı böyük ölçülü kapüşon və ya sviterlə birləşdirin. Üstünə klassik palto və ya isti dublyonka geyə bilərsiniz. Başqa bir seçim velvet gödəkçədir. Şalvarla eyni rəng və ya təzadlı ola bilər, istənilən halda çox şıq görünəcək. Kəsim və rəngə gəlincə, heç bir məhdudiyyət yoxdur.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































