Dəb
Bu trend payızda əlverişli obraz yaratmağa kömək edəcək - FOTO
Cins yubkalar yaz-yay qarderobunun ənənəvi elementidir. Biz cins ətəkləri pambıq köynəklər və yay ayaqqabıları ilə geyinməyə öyrəşmişik, lakin soyuq havalarada da eyni dərəcədə faydalı ola bilər. Bu mənada instaqram qəhrəmanlarının obrazları ən yaxşı ilham mənbəyidir.
Publika.az xəbər verir ki, cins yubkalar cins şalvarlara çox uğurlu bir alternativdir, odur ki, onları istənilən köynək və üst paltarla asanlıqla birləşdirə bilərsiniz. Bu yubkalar görünüşü daha zərif edəcək, eyni zamanda rahatlıq gətirəcək. Şaxtalar düşənə qədər maksi və midi cins yubkaları klassik və uzunqol köynəklərlə birləşdirin. Yeri gəlmişkən, onlar üst-üstə də geyinilə bilər. Bu stil görünüşü daha maraqlı edəcək, həm də canınızı isti saxlayacaq. Soyuq havalarda müxtəlif sviterlər və vodolozkalar da cins yubka ilə əla vəhdət yaradır. Əsas balansı qorumağa çalışın. Böyük ölçülü sviter geyinmək qərarına gəlsəniz, yubkanın dar kəsimli modellərini seçin. Bu, siluetin proporsiyaları qorumağa imkan verəcək. Bu mövsüm dəbdə olan nazik kardiqanlar da cins yubka effektiv görünəcək.
Uzun cins yubkalar demək olar ki, hər hansı bir payız ayaqqabısı ilə tamamlana bilər: idman ayaqqabılarından hündürdaban çəkmələrə qədər. Bununla belə, uzunboğaz çəkmələr daha universaldır. Bomber gödəkçələr, dəri kurtkalar, sırıqlı paltolar və dublyonkalar üst geyim üçün mükəmməldir. Görünüşü daha formal etmək üçün onu klassik yun palto ilə tamamlamağı təklif edirik.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































