Dəb
Sevgilinizin sviteri sizi mövsümün ən dəbli qızına çevirəcək - FOTO
Kişi qarderobunun elementlərini qadın qarderobuna köçürməklə artıq heç kimi təəccübləndirmək mümkün deyil. Pambıq "ofis" köynəkləri, geniş çiyinli pencəklər, həcmli gödəkçələr çoxdan şkaflarımızda ipək bluzkaların və korsetlərin yanında öz yerini alıb. Hətta kobud kişi çəkmələri iti burunlu stiletto və çəkmələrdə dəb gündəmindən çıxara bilib. Bu qış dizaynerlər bizi sevgilimizin qarderobundan daha bir şey götürməyə dəvət edirlər - həcmli isti sviterlər.
Publika.az xəbər verir ki, əvvəllər qadın və kişi geyimlərində müəyyən elementlər, naxış və bəzəklər onları fərqləndirməyə imkan verirdi. Son illərdə isə bu fərqlər demək olar ki, tamamilə aradan qaldırılıb. Odur ki, siz rahatlıqla sevgilinizin sviterlərini əyninizə geyinə bilərsiniz.
"Sevgili sviter"inin bir çox variantı var. İstənilən üslubu seçə bilərsiniz. Əsas odur ki, sviter çox böyük və qalın olsun. Əgər sevgilinizin qarderobunda belə bir sviter tapa bilməsəniz və ya ümumiyyətlə, sevgiliniz yoxdursa, kişilər bölməsindən mükəmməl modeli axtarmaqdan çəkinməyin.
Qarderobunuza "sevgili sviter"ini daxil etmək çətin olmayacaq.
Birincisi, tamamilə ciddi obraz yarada bilərsiniz. Həcmli sviteri geniş cins şalvar və rahat kobud çəkmələr və ya idman ayaqqabısı ilə birləşdirin. Bəli, görünüş zərif olmayacaq, lakin istənilən fəaliyyət üçün rahat və ideal olacaq.
İkincisi, "sevgili sviter"ini zərif qadın geyimləri ilə uyğunlaşdırın. Onu ipək sarafanın üzərinə geyinə, rəsmi qələm yubka və ya mini modellər ilə birləşdirə və ya daha uzun versiyalarını sadəcə kolqotka ilə geyinə bilərsiniz. Nəticə möhtəşəm, eyni zamanda olduqca çox yönlü və balanslı olacaq.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































