Dəb
Nura: "Yazıblar ki, siz özünüz ucuz mal geyinirsiniz?"
Brend söhbətim bir çoxlarının ürəyincə olub, paylaşıblar. Bəziləri də saxta profillərdən yazıblar ki, siz özünüz ucuz mal geyinirsiniz? Niyə geyinmirəm ki? Elə gözəl geyinirəm ki, onu daşıyan mənəm, zövqümə güvənirəm və brend olub-olmadığına baxmıram. Nədənsə xoşum gəlirsə, onu alıb geyinirəm.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri instaqramda paylaşdığı videoda deyib. Ulduz əynindəki boyunbağını və topiki (qısa köynək, göbəyi açıq kofta) göstərərək birini 8, digərini isə 15 manata aldığını da qeyd edib. O, həmçinin endirimli günlərdə alış-veriş etməyi sevdiyini deyib.
Xatırladaq ki, Nura Surinin bir neçə gün əvvəl brend geyimlərlə bağlı fikirləri sosial mediada müzakirələr səbəb olmuşdu.
"Yaxşı görünmək üçün çox pul xərcləməyə ehtiyac yoxdur. Bədəninizi tanıyır, nəyi nəylə uyğunlaşdırmağı, nəyi hara geyinməyi bilirsinizsə, zövqünüz varsa, çox ucuz geyimlər alıb, çox gözəl geyinə və görünə bilərsiniz. Məndən sizə məsləhət: brend almaqla brend olunmur. Bəli, acı həqiqət. Bilin bunu da. Paltarı siz daşıyır, siz gözəl edirsiniz. Alın geyinin, amma daşıya bilin", - Nura əlavə edib.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































