Dəb
"Madonna yaxa" sviterlər qışın əsas trendidir - FOTO
Köynəklərdə "çılpaq çiyinlər" bu il o qədər sevildi ki, dizaynerlər onların qış versiyalarını da interpretasiya etməyə başladılar. Belə görünür ki, nə qar, nə də boran modapərəstlərə "madonna yaxa"lardan vaz keçməsinə səbəb olmayacaq. Bəs donmamaq, eyni zamanda dəbli obraz yaratmaq üçün nə etməliyik?
Publika.az xəbər verir ki, bu kateqoriyada ən rahatı çiyinsiz yun sviterlərdir. Dekolte hissəsi səliqəli olan modellər alsanız, heç bir problem olmayacaq. Bu, sizi həm isti saxlayacaq, həm də dəbli göstərəcək. Ancaq çiyin hissələrinin elastikliyinə xüsusi diqqət yetirməlisiniz. Geniş, yüksək keyfiyyətli və orta dərəcədə boş olmalıdır, əks halda madonna trendi sizə yalnız narahatlıq gətirəcək. Belə bir sviterin rahat olmasını təmin etmək üçün böyük ölçülü paltolar, kurtkalar, eləcə də ombanı vurğulayan şalvar və ətəklərlə geyinmək lazımdır.
"Madonna yaxa" bluzlar və köynəklər adətən tətil ilə əlaqəli yay geyimləri kimi görünür. Lakin tünd çalarlar və qalın parça bu cür müqayisələrdən qurtulmağa kömək edəcək. Çöldə həqiqətən soyuq olsa da, qalın material seçdiyiniz üçün özünüzə təşəkkür edəcəksiniz.
Çiyinləri açıq toplar arasından korset tipli variantları da axtarmağa dəyər. Belə korset tərzində sviterləri qışda geyinmək narahatdır, çünki onlar həm çiyinləri, həm də beli ifşa edirlər. Eyni zamanda cins və trikotaj kimi qalın materialları bu vəziyyəti nisbətən kompensasiya etməyə kömək edəcək. Yeri gəlmişkən, bu stil köynəklər mövsümün əsas tendensiyalarından biri hesab olunur və onları kobud, boş və ya palazzo şalvarlarla birləşdirmək tövsiyə olunur.
İlk baxışda madonna yaxa stilinin əlavə olaraq boyun aksessuarı tələb etdiyi görünsə də, belə deyil. Artıq modapərəstlər çiyinlərin gözəlliyini vurğulamaq üçün onun hər hansı bəzək əşyasına ehtiyac olduğunu düşünmürlər. Əgər küçədə hava çox soyuqdursa, obrazı sadəcə qalın şərflə tamamlaya bilərsiniz.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































