Dəb
Adi bir cinslə də Yeni İl obrazları yarada bilərsiniz - FOTO
Yeni İl axşamı dəbdəbəli geyinməyə öyrəşmişik, ya qırmızı paltar alır, ya da maksimum parıldamağa çalışırıq. Obrazları böyük zinət əşyaları və hündürdaban ayaqqabılarla tamamlayırıq. Əslində ötən ilki bayram kolleksiyalarının bu ilkindən ciddi bir fərqi yoxdur. Odur ki, əlavə xərc çəkmək lazım deyil. İl ərzində cəmi bir-iki dəfə istifadə etdiyiniz geyimləri almağa məcbur deyilsiniz.
Publika.az xəbər verir ki, stilistlərin sözlərinə görə, qarderobunuzdakı ən klassik cins şalvarı ən dəbdəbəli köynəyinizlə birləşdirməklə təsirli bir bayram obrazı yarada bilərsiniz. Əsas odur ki, onları köynək seçimində düzgün qərarı verəsiniz.
Cins şalvar və parıltılı köynək kombinini dizaynerlər xüsusilə sevir. 2024-cü il şoularında müxtəlif moda evləri onun müxtəlif versiyalarını təqdim etdi. Sabato de Sarno "Gucci" üçün debüt kolleksiyasında boş uzun cins şalvarları daş-qaşlı mayka ilə birləşdirməyi təklif edib. "Loewe" şousunda da modellər podiuma çiçək motivli bluzlarda çıxmışdı. "Valentino"da isə biz bu dəstin daha romantik versiyasını gördük.
Qarderobunuzda olan istənilən cins şalvar bayram axşamına uyğun olacaq, amma seçim çoxdursa, əyninizə düz oturan bir modelə üstünlük vermək tövsiyə olunur. Bu cinslər həm çox yönlüdür, həm də müxtəlif obrazlar yaratmaq üçün daha idealdır. Bayram obrazına cavabdeh olan əsas komponentinin köynəklər olduğunu təxmin etmək çətin deyil. İpək və atlazdan, dəri və məxmərdən hazırlanmış köynəklər və bluzkalar da obrazın təsirli alınmasına xidmət edəcək. İncə və axıcı parçanın qalın cinslə kontrastı da təəccüblü dərəcədə ahəngdar kombin yaradacaq. Görünüşü tamamlamaq üçün dəstə hündürdaban ayaqqabılar və böyük sırğalar əlavə etməyi unutmayın.
Kontrastlarla oynamağın başqa bir yolu, cins şalvarları dəri korsetlər və ya nazik, şəffaf parçadan hazırlanmış bluza ilə birləşdirməkdir. Cinsləri parlaq pencəklərlə də birləşdirməkdən çəkinməyin. Belə pencəklər cinsləri dərhal ziyafət ruhuna bürüyüəcək.
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı












.jpg)





















.jpg)




