Dəb
Qırmızı xalıda moda nümayişi - FOTO
Dünən Los-Ancelesdəki Kinematoqrafiya Akademiyası Muzeyində qala-konsert keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ilin payızından başlayaraq burada müntəzəm qala-konsert keçirilir ki, onun missiyası təkcə zəmanəmizin bütün parlaq nümayəndələrini bir zalda toplamaq deyil, həm də kinematoqrafiya sənətinin özünün dəyəri ideyasını cəmiyyətə çatdırmaqdır.
Artıq üçüncü ildir ki, bu tədbir Nyu-York Met Qala və Oskar mükafatları ilə birlikdə ABŞ-ın mədəni həyatında əlamətdar hadisəyə çevrilir. Gecədə namizədlərə ən yaxşı film obrazına görə, "İkon Mükafatı", filmdə ən yaxşı yaradıcılığına görə, "Visionary Award" və ən yaxşı konseptual işinə görə "Vantage mükafatı" təqdim olunub. Mükafatlar təqdim olunmazdan əvvəlsə qırmızı xalçada ulduzlar öz dəbdəbəli geyimlərini nümayiş etdiriblər.
Selena Qomez qalaya boynu və çiyinləri gümüşü qızılgüllərlə bəzədilmiş qeyri-adi bəzəkli qara libasda gəlib. Müğənni axşam görünüşünü opera əlcəkləri və iri brilyant zinət əşyaları tamamlayıb.
Heyli Biber biserli qara düz model, Eva Lonqoriya qolları olmayan balıq toru silueti olan qızılı, Opra Uinfri isə tünd bənövşəyi qapalı modeli seçib.
Kendall Jenner Marqo Robbinin keçən ay "Variety's Power of Women"da geyindiyi eyni kolleksiyadan "Fendi" imzalı qırmızı libas geyinib. Model bədəninin hər bir xəttini mükəmməl vurğulayan uzun qollu tünd qırmızı rəngli modelə və daha nazik materiala üstünlük verib.
Dua Lipa ilə Eddison Rey isə alt paltarının göründüyü transparan geyimlər seçiblər.
61 yaşlı aktrisa Demi Mur sinəsində nəhəng çiçək olan parlaq paltarda görünməsinə baxmayaraq, ümumilikdə o, çox gənc və təravətli görünüb, sanki yenidən 30 yaşındadır.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















