Dəb
Aktrisanın geyimi gündəm oldu - FOTO
Xəbər verdiyimiz kimi, dünən İstanbulda "Altın Kelebek" mükafatlarının təqdimetmə mərasimi baş tutub.
Publika.az xəbər verir ki, 49-cu dəfə keçirilən mərasimdə türkiyəli sənətçilər təmtəraqlı ziyafət obrazları ilə göz qamaşdırıblar. Artıq qırmızı xalı keçidlərində ulduzların çoxunun qara və ağ libaslara üstünlük verməsinə öyrəşmişik. Dünənki mərasim də istisna olmayıb.
Serenay Sarıkaya, Hafsanur Sancaktutan, İrem Derici, Ersa Erol, Afra Saraçoğlu, Melike Şahin, Simay Barlaş, Öznur Serçeler və başqaları qara rəngə üstünlük veriblər. Melis Sezenin dərin yarıqlı libası xüsusilə diqqət çəkib. O, obrazının seksuallığını qara qolfilərlə vurğulamağa çalışsa da, izləyicilər bu dəsti birmənalı qarşılamayıb.

Tədbirdə "Ulduzu parlayan" mükafatına layiq görülən Sıla Türkoğlu qızılı, "Ən yaxşı aktrisa" mükafatına layiq görülən Pınar Dəniz gümüşü geyimi ilə göz oxşayıb. Obrazını boz kürk ilə tamamlayan Pınar Dəniz zərif obrazı ilə yadda qalıb. Həmçinin gecənin aparıcısı olan model Çağla Şikel qara uzun ətəyini daşlı korsetlə tamamlayıb.
Xüsusi pəhriz sayəsində arıqladığını deyən Nebahet Çehrə isə gecənin gözlənilməz qonağı olub. O, gümüşü libası ilə yadda qalıb.

-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















