Dəb
Lopez yenə "vao" effekti yaratdı: onu ehtirasla öpdülər - FOTO
Los-Ancelesdə "Elle" jurnalının "Women in Hollywood" 30-cu mükafatlandırma mərasimi keçirilib.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, gecədə ilin ən istedadlı və uğurlu məşhurlarına mükafatlar təqdim olunub. Mükafatlar kino sənayesində böyük uğurlar qazanmış və onun inkişafına böyük təsir göstərmiş qadınlara verilib. 2023-cü ilin qalibləri sırasında Cennifer Lopez, Codi Foster, Taraji Henson, Amerika Ferrera, Daniel Bruks, Qreta Li, Fantaziya Barrino, Lili Qladston və Eva Lonqoriya olub.
Cennifer Lopez gecədə geyimi ilə diqqət çəkib. Hətta Ben Afflek də Cenin gözəlliyi və cazibəsi qarşısında dayana bilməyib. Sosial həyatı və reportyorları sevməməsinə baxmayaraq, aktyor kamera qarşısında Lopezi ehtirasla öpüb.
Bu yaxınlarda "Elle" jurnalına verdiyi müsahibədə sənətçi bildirib ki, 54 yaşı var və növbəti 30 ildə karyerasını bitirmək barədə düşünmək fikrində deyil. Məşhur şaddır ki, bu gün yaş ayrıseçkiliyi tədricən sənayeni tərk edərək öz yerini müasir standartlara verir:
"İnsanlar anladılar ki, qadınlar yaşlandıqca daha seksual, daha savadlı və xaraktercə daha zəngin olurlar. Bütün bunlar çox gözəl və cəlbedicidir və təkcə fiziki deyil, həm də yaşla qazandığın daxili gözəllik və müdriklik".
Odur ki, Lopezin belə cəsarətli və açıq-saçıq geyimlər seçməsi təsadüf deyil. Mərasimə Cennifer iki hissədən ibarət qeyri-adi paltar geyinib: sinəsini güclə örtən tökmə metaldan hazırlanmış bralet və təsirli yarığı olan uzun qara yubka. Obrazını lakonik sandallar və brilyant qaşlı uzun timsah sırğalarla tamamlayıb. Bir sözlə, hər zamanki kimi, "vao" effekti yarada bilib.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




















.jpg)
















