Dəb
"Hermes" moda evinin yaradıcısının varisi 11 milyard dollarlıq sərvətini GÖRÜN KİMƏ BAĞIŞLAYACAQ?
1837-ci ildə öz adnı daşıyan moda evinin əsasını qoyan Terri Ermesin beşinci nəsil varisi olan Nikolas Pueş 11 milyard dollarlıq sərvətini 51 yaşlı bağbana verəcək. Bunun üçün o, bağbanı övladlığa götürmək qərarına gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Tribune de Genève” nəşri məlumat yayıb. Pueşin nə öz uşaqları, nə də arvadı var. 2011-ci ildəki vəsiyyətinə görə, o, sərvətini İsokrat Xeyriyyə Fonduna bağışlamışdı,
Nəşrin yazdığına görə, şirkət səhmlərinin təxminən 5-6%-nə sahib olan Pueş “təvazökar Mərakeş ailəsindən” olan “keçmiş bağban və fəhləni” özünün qanuni oğlu və rəsmi varisi kimi tanımaq istəyib. O, artıq hər şeyi rəsmi şəkildə tənzimləməyə kömək edəcək hüquqşünaslarla danışıqlar aparıb, çünki bu məsələdə bir çox çətinliklər var: məsələn, qanuna görə, yetkin bir insanı övladlığa götürmək çox çətindir. Bildirilib ki, Pueş artıq gələcək varisə Mərakeşdəki daşınmaz əmlakın, eləcə də Montrödəki (İsveçrə) villalarının ümumi dəyəri 5,9 milyon dollar olan açarları təhvil verib.
Vurğulanıb ki, 2014-cü ildə LVMH "Hermes" moda evini “düşməncəsinə ələ keçirdikdən və ailəsinin digər üzvlərinin təzyiqindən sonra Pueş şirkətin müşahidə şurasını tərk edib, lakin öz payını saxlaya bilib.
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı

































.jpg)




