Dəb
2024-cü ildə hansı rənglər trend olacaq? - FOTO
Xəbər verdiyimiz kimi, "Pantone" Rəng İnstitunun yaydığı məlumata görə, "Peach Fuzz" 2024-cü ilin rəngi seçilib.
Publika.az xəbər verir ki, bu qış daha 5 rəngin trend olacağı proqnozlaşdırılır. Bəs onlar hansılardır? Gəlin birlikdə nəzərdən keçirək...
Bozumtul mavi
Qar kraliçasının obrazını ifadə edən bu rəng qış üçün uğurlu seçimdir. Soyuq çalarlar obrazı vurğulamağa kömək edəcəkdir. Xüsusilə “Fendi” ilə “Loewe” markaları şoularında bu rəngə daha çox yer vermişdi.
Tünd şokolad
Digər tərəfdən, niyə isti tonlarla isinməyə çalışmayaq? Qəhvəyi rəng bütün müxtəlifliyi ilə aktualdır, lakin tünd şokoladın dərin kölgəsi xüsusilə gözəl görünür. Qara rəngdən bezənlər üçün əla alternativ olacaq.
Kərə yağı
Sarının çox gözə dəyməyən bu rəngi ardıcıl olaraq iki mövsümdür ki, öz mövqeyini itirmir. Bu, başa düşüləndir: daha parlaq sarıdan fərqli olaraq, o, demək olar ki, bütün obrazlara uyğun gəlir və demək olar ki, hər kəsə yaraşır. Qışda ağ çalarlara əla alternativ olacaq.
Lavanda
Lavandanın soyuq tonu bu mövsüm zərif çəhrayı rəngi əvəz edəcək. Yayda “Barbie maniası” dünyanı o qədər bürüdü ki, çəhrayı öz mövqeyini uzun müddət saxlaya bilmədi. “Barbie” ehtirası səngidiyinə görə, çətin ki, kimsə ona qayıtsın.
Zoğalı
Parlaq qırmızı payızın trendi oldu, qışda isə bu rolu qırmızının daha tünd və dərin tonları yerinə yetirəcək. Qırmızı şərabın bütün çalarları həmişəkindən daha aktualdır. Növbəti mövsümdə də aktuallığını qoruyub saxladıqları üçün bu rəng geyimlər ilin ən sərfəli investisiyası olacaq.
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı
-
Ekologiya15:32Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA









.jpg)

.jpg)














.jpg)

.jpg)







