Dəb
Moda tənqidçisi Əjdaha ilinin trendlərindən xəbər verdi
2024-cü ildə yaşıl rəng trenddə olacaq.
Publika.az xəbər verir ki, bu barədə moda tarixçisi və teleaparıcı Aleksandr Vasiliev "StarHit"ə verdiyi müsahibədə deyib.
"Qarşıdan gələn Əjdaha ilində yaşıl rəng xüsusilə populyarlaşacaq ki, bu da artıq brendlərin yeni kolleksiyalarında öz yerini tapıb. Yaşıl geyim alarkən diqqətli olmaq lazımdır, çünki o, dəri tonunu poza bilər. Lakin qəhvəyi və yaşıl gözlü insanlar, eyni zamanda qəhvəyi və qırmızı saçlıları heç bir təhlükə gözləmir" - Vasilyev aydınlıq gətirib.
Ekspert əlavə edib ki, Əjdaha ilində ərik və şaftalı çalarları da dəbdə olacaq və bu rənglər zərif cinsin nümayəndələrinə çox yaraşacaq. Moda tarixçisi əvvəlcə imicinizə bu çalarlarda aksesuarlar daxil etməyi məsləhət görüb. Bundan əlavə, teleaparıcı qeyd edib ki, modapərəstlər ağ rəngə və onun çalarlarına da diqqət yetirməlidirlər.
"Lakin klassik ağdan əlavə, gözəlliyinizi ən yaxşı şəkildə vurğulayacaq çalarları seçmək vacibdir. Məsələn, ekru və ya bişmiş süd", - "Moda hökmü" verilişinin keçmiş aparıcısı yekunda qeyd edib.

-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?















.jpg)





















