Dəb
Eyni sırğalar darıxdırıcı oldu? - Modelləri birləşdirməkdən çəkinməyin - FOTO
Zərgərlik və bəzək əşyalarını stilizasiya etməyin düzgün və ya yanlış yolu yoxdur. Moda, o cümlədən aksessuarlar bir oyundur. Onun dəqiq müəyyən edilmiş qaydaları da yoxdur. Ancaq o, hər hansı sınaq və ən qeyri-adi birləşmələri dəstəkləyir və təşviq edir. Yəqin ki, buna görə dizaynerlər və stilistlər zaman-zaman adi klassik kombinlərdən imtina edərək mürəkkəb və avanqard üsluba müraciət edirlər. Bu zaman bütün ümumi qəbul edilmiş sərhədlər pozulsa da, çox cəlbedici nəticələr əldə etməyə imkan verir. Bəlkə də müxtəlif sırğaların birləşməsində bizi valeh edən budur.
Publika.az xəbər verir ki, bu il moda mütəxəssisləri iki müxtəlif sırğanı birləşdirməyi təklif edir. Bir cüt sırğalar bizim üçün çoxdan adiləşib. Ancaq ruh və dizayn baxımdan fərqli olan dekorasiyalar daha maraqlıdır. Bundan əlavə, bu, həm də mövsümün trendidir. Odur ki, qış hamıdan dəbli görünmək istəyirsinizsə, müxtəlif sırğaları necə birlikdə taxmaqdan qorxmayın.
Fərqli sırğa taxmaq əslində dünən yaranan trend deyil, bu və ya digər şəkildə zaman-zaman üzə çıxır. Bu, əsasən pank submədəniyyətinə və asimmetsiya tendensiyasına istinad edir. Bəs niyə bu qədər təsir edici görünür? Məsələ burasındadır ki, istənilən asimmetriya diqqətimizi cəlb edir və baxışlarımızın ona ilişib qalmasına səbəb olur. Aşkar qeyri-kamillik sizi həmişə ən dəqiq nizamdan və hədsiz təmiz mənzərədən daha çox cəlb edir. Buna görə də, müxtəlif formalı və uzunluqdakı sırğalar bir cütdən daha maraqlı və qeyri-adi görünür. Bu tendensiyaya yiyələnmək göründüyü qədər çətin deyil: sadəcə bir-biri ilə asanlıqla birləşdirilə bilən iki cüt sırğa tapmaq kifayətdir. Və ya dizaynerlərin əvvəlcədən sizin üçün sevgi ilə hazırladığı kombinasiyanı seçin. "Gucci", "Alexander McQueen" və "Tory Burch"un şoularından ilham almağı tövsiyə edirik. Yeri gəlmişkən, bu tendensiya yaz-yay mövsümündə də davam edəcək, biz bunu "Valentino" və "Givenchy" kolleksiyalarında müşahidə etdik.
Aytən
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Region10:38Ermənistanda dəhşət - Mayıs, Xıdır və Saşa belə öldürüldü(VİDEO)
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?
-
Magazin106:46Bakıya uça bilməzsən dedilər, ağladım... - Nadir Qafarzadənin başına iş gəldi
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?









.jpg)

.jpg)


























