Dəb
"Qanqster xanımı"nın bu stili dəbdə - FOTO
Sosial şəbəkələr nə həftə sonları, nə də bayramlar tanımır. Ötən ilin əsas trendlərini TikTok istifadəçiləri təyin etdi. 2024-cü ildə də sosial şəbəkə yavaşlamır, yanvarın ilk iki həftəsində biz artıq iki yeni trendlə tanış olduq: “Baba” stili və “ofis sirenası”. Onların ardınca “mafiya xanımı” tərzi ortaya çıxdı. Əgər 2023-cü ilin sonunda modapərəstlər slavyan qızı olmaq istəyirdisə, 2024-cü ilin əvvəlində onlar artıq qanqsterlərin arvadlarına oxşamaq istəyəcəklər. Ancaq qorxmağa tələsməyin, dəblə ayaqlaşmaq üçün əsl cinayətkarla münasibət qurmağa ehtiyac yoxdur.
Publika.az xəbər verir ki, “Mob wife” dəb estetikası digər trendləri sıradan çıxarmaq niyyətindədir.
“Mob wife” nə deməkdir?
Trendin adını “mafiozun arvadı” kimi tərcümə etmək olar. “Mob wife” stili dedikdə, döşəməyə qədər uzanan xəz paltolar, iri qızıl zinət əşyaları, bahalı çantalar, dikdaban ayaqqabılar, dar donlar nəzərdə tutulur. Hər şey çox bahalı, dəbdəbəli və seksual olmalıdır. O cümlədən “səssiz lüksün” tam əksidir. Məsələn, varlı ailələrdə böyüyənlər adətən öz dəyəri barədə qışqırmayan, ciddi və klassik geyimlərə üstünlük verirlərsə, “yeni zənginlər” və ya qanqsterlər tam əksini edirlər. “Qanqster xanımı”nın stili onun “uğurlarının” ən yaxşı əyani sübutudur. Bu o deməkdir ki, o, ən yaxşı və ən bahalı geyimlərə sahib olmalı və onları hamıdan birinci geyinməlidir. “Cinayətkarların” arvadlarının obrazları özündə onların zənginliyini göstərən atributları birləşdirir.
TikTok tendensiyalarında tez-tez olduğu kimi, "qanqster xanımı estetikasını" da pop mədəniyyəti formalaşdırıb. Məhz pop mədəniyyəti onun populyarlaşmasına imkan verdi. Bu üslubun simvolları ekranlarda “quldur və dələduzların” xanımı rolunu canlandıran kino ulduzları oldu. “Kazino”da Şeron Stoun, “Soprano Klanın”da Edie Falko, “Çapıqlı üz” filmində Mişel Pfayfer və başqalarını buna əyani misal çəkmək olar.
Tendensiyanın başqa bir xüsusiyyəti də odur ki, təkcə geyim və makiyajı əhatə etmir. Mafiya arvadının xarakteri də obraza uyğun olmalıdır. Belə qızlar nə istədiklərini dəqiq bilirlər və öz ayaqları üstündə durmağı bacarırlar. Mafiya xanımının həyat tərzi təhlükə ilə doludur və poladdan əsəb tələb edir ki, çox az adam bununla öyünə bilər. Odur ki, yerə qədər uzanan xəz palto və böyük qızıl sırğalar kifayət etməyəcək. Onları həm də qarşısıalınmaz görünəcək şəkildə geyinməyi bacarmalısınız. Bu bacarığı yeni trendi güclü şəkildə dəstəkləyən Heyli Biber, Dua Lipa və Kendall Jenner artıq mənimsəyib. Bəs niyə siz də cəhd etməyəsiniz? Ancaq şübhəli sevgi romanlarından uzaq durmaq daha yaxşıdır. Şübhəsiz ki, qanun pozuntuları heç kimə xeyir gətirməyib.
Rəng seçimi
Əsas palitrası tünd rənglərdir. Onu minimalist üslub adlandırmaq mümkün olmasa da, bu estetikadakı obrazlarda qara, krem, şokolad və ağ rənglər üstünlük təşkil edir. “Mafioz xanımının” bəyəndiyi çalarlar arasında qırmızı və albalı öz parlaqlığı ilə fərqlənir. Bu cür obrazın əsas vurğusu heyvan naxışlarıdır, xüsusilə bəbir və ilan.
Şuba
Vintaj xəz və dəri bu tərzin əsas atributlarıdır. Mafiya arvadının heç bir obrazını uzun xovlu xəz paltolarsız təsəvvür etmək çətindir. Əsas odur ki, "teddi" materialı və ya çəhrayı olmasın. Material süni olsa da, maksimum təbii görünməlidir.
Şubanın altında dəri kostyumlar, ya da "yırtıcı" izləri olan paltarlar gizlənir. Ancaq bir görünüşdə həm xəz, həm də heyvan motivlərinin olması sizin üçün yolverilməzdirsə, tək rəng modellərə baxa bilərsiniz. Əsas odur ki, obraz zərif, eyni zamanda kəskin olsun.
Aksessuarlar
“Mob wife” stilinin ayrılmaz atributu günəş eynəyidir. Çox vaxt belə qızlar onlarsız evdən addım atmırlar. Linzalar qara, çərçivələr isə tünd və ya leopard olmalıdır. Tor kolqotkaları da qeyd etməsək, olmaz. Obrazın son toxunuşu isə dəri çantadır. Üstünlük isə sırıqlı modellərə verilir.
Ayaqqabı
Bir mafiozun xanımını dabansız ayaqqabıda təsəvvür etmək çətindir. Qışda belə qızlar itiburunlu çəkmələrə və dikdaban ayaqqabılara üstünlük verirlər. İsti mövsümdə bu üslubun nümayəndələri yüksək dabanlı sabo və səndəllərə üstünlük verirlər.
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA








.jpg)

.jpg)








.png)
.jpg)













