Dəb
Məşhur qadın geyimləri brendi çökür: 100-dən çox mağazası bağlanır
Keçən il Fransada 2027-ci ilə qədər 63 mağazasını bağlayacağını açıqlayan “Pimkie” qadın geyimləri şəbəkəsi, keçən həftə bu siyahıya 36 mağaza əlavə edib.
Publika.az xəbər verir ki, şirkətin restrukturizasiya planını həyata keçirməkdə çətinliklərin əlaməti olaraq onlarla mağaza həmişəlik bağlanacaq. “Pimkie”nin xərcləri azaltma planını sürətləndirmək məcburiyyətində qaldığını bildirən şirkət, iqtisadi şəraitdən, inflyasiyadan və son aylarda mağazalara gələnlərin sayının azalmasından şikayətlənib.
“Pimkie” 2023-cü ildə 196 mağazasından 23-nü bağlayıb.
“Artıq lazımi geyim çeşidimiz yoxdur və müştərilərimizi geri qaytarmaqda çətinlik çəkirik. Lakin rəhbərliyin bu pis dövrdən sonra hələ də ümidi var. Transformasiya planımız “Pimkie” təcrübəsini yenidən kəşf etmək və onun 18-25 yaşlı gənclər arasında populyarlaşdırmaq məqsədi daşıyır. Yeni konsepsiya qarşıdakı həftələrdə açılacaq", - brendin baş menecerinin müavini Elodie Çelle mətbuata açıqlamasında bildirib.
Aysel Şahmar
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?

















.jpg)




















