Dəb
Bu iki rəng yazda hamıya dəbli obraz şansı yaradacaq - FOTO
Çox vaxt podiumlarda görünən dəbli rəng birləşmələrindən ilhamlanırıq. Ancaq sosial şəbəkələrdə yaranan seçimlər də kifayət qədər uğurludur.
Publika.az xəbər verir ki, bir neçə aydır influenserlərin çoxu qırmızı ilə bozun birləşməsini təbliğ edirlər. Belə bir aktual trend qırmızı və boz geyimlər üzərində qurulsa da, dəstə mavi, tünd göy və qara kimi rənglər də əlavə etmək olar. Stilistlər hesab edir ki, həqiqətən dəbli görünmək istəyirsinizsə, aldığınız geyimlərin rənglərinə də diqqət etmək lazımdır. Tünd qırmızı, albalı, qırmızı, qrafit və asfalt rənglərini seçmək xüsusilə tövsiyə olunur. Qırmızının daha isti alt tonları uyğun gəlmir.
Əhəmiyyətli bir nüansı unutmamalısınız, trend obrazın çox hissəsini boz rəng təşkil edir. Qırmızı isə burada parlaq vurğu kimi çıxış edir. Odur ki, belə bir obraz yaratmaq üçün sizə ya tünd qırmızı çanta, ya da ayaqqabı və əlcəklər lazım olacaq. Ancaq sviter, ya vodolazkanız qırmızı rəngdə olmalıdır. Əks halda, obraz o qədər də ahəngdar olmayacaq. Lazımsız detalları olmayan qırmızı məhsullara üstünlük vermək yaxşıdır. Diqqət ilin dəbli rəngində olmalıdır, hansısa dekor və motivlərdə deyil.
Boz geyimləriniz hər hansı ola bilər, şalvar, jaket, palto, gödəkçə və ya ətək. Eyni rəngli modellərdən ümumi görünüş yarada, həmçinin çalarlarla oynaya, yaxud qrafit və asfalt tonları ilə oynaya bilərsiniz. Burada minimalist naxışlar və motivlər məqbuldur: nazik zolaqlar və ya kiçik damalar.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?

















.jpg)




















