Dəb
Romantik trend - Sevgi ən gözəl aksesuardır - FOTO
Hər zaman dəbli görünmək üçün çoxlu paltarlara sahib olmaq lazım deyil. Bəzən bir parlaq detal geyimin tamamilə yeni bir forma alması üçün kifayət edir. Bir qayda olaraq, bu detalın rolunu aksesuarlar və zərgərlik nümunələri layiqincə yerinə yetirir. Aksesuarlar sayəsində hətta cins şalvar və ağ pambıq mayka kimi, sıradan bir dəst də dəbli obraza çevrilə bilər. Mövcud tendensiyalar arasında bir çox maraqlı variantlar tapa bilərsiniz, lakin 14 fevral ərəfəsində ürək formalı bəzək əşyalarına diqqət yetirməyi məsləhət görürük.
Publika.az xəbər verir ki, ürək formaları aksesuarlar bu mövsüm trenddir. Üstəlik, stilistlər vəd edir ki, onlar yazın da əsas hitlərindən birinə çevriləcəklər. Odur ki, Sevgililər günündən sonra da işinizə yarayacaqlar. Artıq influenserlər “TikTok”da bu tendensiyanı estetikaya çeviriblər və bu, "lovecore" adlanır. Bu estetikaya üzərində ürək işarəsi olan hər hansı qarderob əşyalarının daxil olmasına baxmayaraq, sosial şəbəkə istifadəçilərinin diqqəti xüsusi olaraq zinət əşyalarına yönəlib.
Ürək formasında olan kulonlar, boyunbağılar və sırğalar təkcə onlarla influenserlərin deyil, həm də ötən ilin ən çox danışılan filmlərinin qəhrəmanları - Marqo Robbinin canlandırdığı Barbie və Keyli Speyninin oynadığı Prisçilla Preslinin diqqətini çəkib. Obrazlarını 20 ildən artıqdır ki, milyonlarla modapərəstin təkrarladığı digər kino ikonası Kerri Bredşoudur: onun zərgərlik kolleksiyasına ürək boyunbağılar da daxildir.
İnfluenserlərin favoritləri arasında uzun dəri iplərə və ya nazik zəncirlərə taxılan parlaq metal ürəklər əsas yer tutur. Bu minimalist zərgərlik parçası müxtəlif obrazlara asanlıqla uyğunlaşır, ciddi paltar-futlyar, rahat cinslər, romantik libaslar, hətta idman kapşonu ilə eyni dərəcədə yaxşı görünür. Əsas odur ki, paltar kifayət qədər lakonik olsun, böyük dekor və ya cəlbedici motivlər isə arzuolunan deyil. Əks təqdirdə, bəzək əşyası sadəcə olaraq onun fonunda itəcək. Yeri gəlmişkən, obrazda eyni anda bir neçə ürək iştirak edə bilər, lakin yadda saxlayın ki, bu zaman belə bir bəzək əşyası daha az universal ola bilər.
Gümüşü ürək modapərəstlər arasında populyarlıqda lider olsa da, qızılı ürək də kifayət qədər aktualdır. Əgər zərgərlik kolleksiyanıza qızılı ürəyin daha yaxşı uyğunlaşacağını düşünürsünüzsə, onu seçməkdən çəkinməyin. Həmçinin brendlərin çeşidində siz daşlar, kristallar, vitraj əlavələri və bəzəyi daha da maraqlı edəcək digər ürək dekorları tapa bilərsiniz. Odur ki, zövqünüzə uyğun istənilən variantı seçin və indidən onu taxmağa başlayın. Axı ən gözəl aksesuar elə sevgidir...
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı