Dəb
Xanımlığı vurğulayan yubkalar yenidən trend oldu: Qarderobun ən universal əşyası olacaq - FOTO
Hər kəsi ovsunlayan bir qarderob elementi varsa, o, A kəsimli qabarıq yubkalardır. Bu, əfsanəvi dizayner Kristian Diorun hazırladığı "New Look" siluetinin əsas parçasıdır. Bu üslub müharibədən sonrakı Avropada yeni həyata işarə edirdi. Onun əsası zərifliyə söykənir. Məhz vurğulanmış siluet, korsetlər və şlayapalar qadın məlahəti və incəliyini ön plana çıxarırdı. Son bir neçə ildir ki, dəbdə rahatlıq və boş kəsimlər üstünlük təşkil edir. Zərif ledi obrazlarının yenidən trendə çevriləcəyini heç düşünməzdik. Amma son moda həftələrində nümayiş olunan kolleksiyalar hər şeyi dəyişdi. 2024-cü ilin yaz-yay kolleksiyalarında mütləq zəriflik ön planda olacaq.
Publika.az xəbər verir ki, dizaynerlər nəhayət ki, dar paltarları, qələm ətəkləri, uzun əlcəkləri və A kəsimli midi ətəkləri yeni mövsümdə "dirildiblər".
Belə yubkalara "Altuzarra"dan "Brandon Maxwellə" qədər bir çox markada rast gəlmək olar. Sözsüz ki, mass-merket brendlər də bu trendə biganə qalmayıb. Kifayət qədər bazanız varsa, o zaman "Bottega Veneta"dan aşağı hissəsində saçaqlı olan modelinə diqqət yetirməyi məsləhət görürük. "Roksanda" markası eyni dərəcədə maraqlı bir yubka təqdim edib, ikinci bir tül təbəqəsi ilə. "Carolina Herrera" isə Kerri Bredşou üslubunda "tutu" yubkası yaradıb. Oxşar modellərə ucuz markaların kolleksiyalarında da rast gələ bilərsiniz.
Bir vaxtlar, beli vurğulanan A xətli yubka və krinolin "Christian Dior" moda evinin vizit kartı idi. Onun yaradılmasına 40 metrdən çox parça sərf olunurdu. Bu modeli dikdaban və dekolteli top ilə geyinmək təklif olunurdu. Uzun və qabarıq yubkaların müasir yozumu tək onun daha qabarıq görünməsi üçün altdan geyinilən çoxqatlı astarın olmaması ilə deyil, həm də materiallar və detallardakı eksperimentlərlə fərqlənir. Ancaq təbii olaraq klassik kəsim olduğu kimi qalıb, dar bel, aşağıya doğru genişlənən və A hərfini xatırladan siluet. "Christian Dior" brendi mütəmadi olaraq müxtəlif modellər təqdim edir, lakin bu mövsüm ən universal seçim yüngül parçadan hazırlanmış büzməli yubkalardır.
Əmin olun ki, belə bir yubka yaz qarderobu üçün böyük sərmayə olacaq. Lazımsız detalları olmayan minimalist kəsimi sayəsində bu modeli həm sadə, həm də klassik köynəklər və ya romantik bluzlar, vodolozkalar, bodilər və ya sviterlərlə birləşdirə bilərsiniz. Bir sözlə, demək olar ki, hər hansı bir üst ilə asanlıqla uyğunlaşır.
Ayaqqabılara gəldikdə, A kəsimli yubka stilettolar, balet ayaqqabıları və idman ayaqqabıları ilə yaxşı görünür. Üstəlik, istənilən bədən quruluşuna mükəmməl yaraşır və gözəl bir siluet yaradır. Həmçinin, bu əbədi stil trendlərdən asılı olmayaraq vaxtaşırı podiumlarda görünür. Odur ki, belə bir yubka alsanız, onu uzun illər geyinəcəksiniz.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)
























