Dəb
Əbədi klassika bu yaz yenə dəbdə olacaq - FOTO
Yazın rəsmi gəlişinə bir ay qalsa da, artıq hamımız qalın kurtka və paltoları bir kənara atıb daha yüngül yaz geyimlərinə keçməyə tələsirik. Ancaq isti günlər həmişə qəfil gəlir, ona görə də sizə yeni mövsümə hazırlaşmağa indidən başlamağı məsləhət görürük. Təxirə salmadan qarderobunuzu yoxlayın və çatışmayanları almaq üçün özünüzə vaxt ayırın.
Əvvəlcə, uzun müddət geyinə biləcəyiniz əşyalara diqqət yetirin. Məsələn: plaşlara. Bu elementsiz baharı təsəvvür etmək çətindir, havalar isinən kimi moda paytaxtlarının küçələri plaşlı qızlar və oğlanlarla dolub-daşır. Azərbaycanlı xanımların dəblə ayaqlaşmağı xüsusi sevdiyini hesablasaq, biz də onlardan geri qalmırıq. Siz hətta bir oyun oynaya və şəhərinizin küçələrində bir gün ərzində plaş geyinən neçə qızla qarşılaşdığınızı saya bilərsiniz. Plaşların populyarlığının və onlara olan tələbatın bu qədər çox olmasının əsas səbəbi istənilən geyimlə asanlıqla uyğunlaşmasıdır.
Publika.az xəbər verir ki, plaşlar hər il olduğu kimi, bu bahar da əsas trendlərdən biri olacaq. Ən məşhur modeli isə bejdir. Ancaq indi dizaynerlər müxtəlif variantlar təklif edirlər.
Klassik modellər
Siyahını əbədi klassik bej plaşlar açır. Bu mövsüm hamımıza tanış olan bu model yenidən dəbdə olacaq. Midi və ya maksi uzunluqda, iki düyməli modellərə yaxından nəzər salın. Rəng seçimində müstəqilsiniz, qum, qaymaq və ya dəvə çalarları xüsusilə aktualdır.
Qara
Bejin çox darıxdırıcı olduğunu düşünən, eyni zamanda klassik model istəyənlər üçün başqa bir alternativ var. 2024-cü ilin yaz-yay şoularında qara plaşlara da yer verilib. Yeri gəlmişkən, qara plaş ağ geyim və aksessuarlarla çox təsirli görünür.
Şərf detalı
Boyunluq əfsanəvi dizayner Tomas Burberrinin hərbi uniformadan ilhamlanaraq yaratdığı plaşlardan qalma bir detaldır. Əvvəllər boyunluq praktik bir funksiyaya sahib idisə, indiki vaxtda yalnız bəzək funksiyasını yerinə yetirir və bir deyil, hətta iki çiyni eyni anda bəzəyə bilər. Və ya bir növ şərf yarada bilərsiniz, bu, son mövsümlərin ən qeyri-adi üst geyimi tendensiyasıdır.
Dolğun rənglər
Gələn yazda dizaynerlər bizi parlaq rənglərdən qorxmamağa və rəngli plaşlar almaqdan çəkinməməyə dəvət edir. "Ferragamo" ağ palto seçməyi tövsiyə edir, "Burberry" isə qırmızı versiyasını təklif edir.
Dəri
Payız və qış aylarında dəri əşyaları populyarlığının zirvəsində idi. Tendensiya yazda da bizimlə olacaq və "ölməzlər" kateqoriyasına keçmək iddiasındadır. Belə bir dəri plaş uzun illər sizə xidmət edəcək çox uğurlu moda sərmayəsidir.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?













.jpg)





















.jpg)




