Dəb
Demet Özdemir bahalı geyimlərindən danışdı - VİDEO
Aktrisa Demet Özdemir doğum gününü dostları ilə birlikdə ortağı olduğu və açılışını etdiyi restoranda təmtəraqlı şəkildə qeyd edib.
Publika.az xəbər verir ki, aktrisa həm də jurnalistlərin suallarını cavablandırıb.
O, gecə klubu açmadığını və restoran biznesi ilə məşğul olmadığını qeyd edərək, məkanın daha çox konsert salonu və teatrla bağlı olacağını qeyd edib.
"Gənc, istedadlı insanlar və tanınmışlar bəlkə bu səhnədə də yer alar, deyə düşündüm. Bir də insanlar burda əyləncəli gecələr keçirə bilərlər. Ticarət bir kənarda olmalıdır, öz adıma deyirəm, amma doğru iş, həyəcanlanmaq var. Bu işlərin doğru insanlarla qurulmalı olduğunu hesab edirəm. Odur ki, mən aktrisa və Balıq bürcü olduğum üçün bu dönəmlərdə işlə yaxından maraqlana bilməyəcəyəm. Biznes bacarığım yoxdur", - kino ulduzu vurğulayıb.
Daha sonra moda ilə bağlı suallara cavab verən sənətçi hər yerdən və hər qiymətdə paltar aldığını deyib:
"Bahalı olması önəmli deyil. Hər yerdən alış-veriş edirəm, əslində illik büdcə ayırıram və proqramlı şəkildə bazarlıq edirəm. Tez-tez alış-veriş edən və hər gördüyünü alan biri deyiləm. Pulumu sağa-sola xərcləmirəm. Vintaj geyimləri də çox sevirəm".
Aktrisa jurnalistlərin "Həyatınızda biri varmı" sualına isə cavab verməkdən imtina edib.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?













.jpg)





















.jpg)




