Dəb
Bu paltarlar baharın əsas trendi oldu - FOTO
Köynək-paltar yeni mövsümün olmazsa olmazıdır. Lakin digər populyar üslublarda olduğu kimi, belə geyimlərin də siluetləri və dizaynları ildən-ilə dəyişir.
Publika.az xəbər verir ki, 2024-cü ilin yazında tərzin həm maksi, həm də midi versiyası dəbdə olacaq.
Ondan başlayaq ki, bu ad libaslara ön hissəsi düymə ilə bağlandığı üçün verilib. Paltarın klassik mini versiyası uzunsov köynəklərə bənzəyir. Bunlar həmişə aktual olaraq qalır, lakin bu isti mövsümdə daha çox əlavə detalları olan modellərə diqqət yetirməyə dəyər. Məsələn, düz variantlardansa, belində korset əlavələri olan zərif məhsullara üstünlük verin. Başqa bir trend ətəyi krujevalı və ya "volan" əlavə edilmiş paltarlardır. Bu vəziyyətdə, paltarın yuxarı hissəsi işgüzar pambıq köynək modelə bənzəyir, alt hissəsi isə getdikcə genişlənərək "günəşə" çevrilir.
Maksi donlarda vəziyyət daha sadədir, silueti vurğulayan modellərə daha yaxından nəzər salmalısınız. Bunlar xüsusilə aktualdır və zərif obrazlar yaratmağa imkan verir. Ancaq rahatlığı sevənlərə kəmərsiz düz kəsimlər daha çox uyğun gəlir. Bu stilin bədən quruluşunu formasız hala gətirməməsi üçün kəmər taxmağı unutmayın. Diz uzunluğundan isə mütləq imtina etməyi məsləhət görürük, onlar köhnəliblər, həm də proporsiyaları pozur.
Çox vaxt köynək-paltarlar pambıqdan hazırlanır ki, onlar işgüzar stilə bənzəyirlər. Bununla belə, 2024-cü ilin yazında atlas və ya şifondan hazırlanmış mürəkkəb modellər də az deyil. Havalar qızınana qədər isə trikotaj, dəri və tvid materiallara baxa bilərsiniz.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?


































.jpg)




